1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Neft və qaz


Dövlət Neft Şirkətinin mütəxəssisləri beynəlxalq sertifikata layiq görülüblər
24.09.2014

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədovun iştirakı ilə “baş auditor” beynəlxalq kursunu bitirən mütəxəssislərlə görüş keçirilib.

Şirkətin mətbuat xidmətindən 
AzərTAc-a bildiriblər ki, görüşdə təlim, tədris və sertifikatlaşdırma idarəsinin rəisi Fuad Süleymanov idarədə “BUREAU VERİTAS” şirkəti tərəfindən 21-25 iyul tarixlərində İSO 19011:2011 “idarəetmə sistemlərinin auditi” standartına əsasən İSO 9001:2008 “keyfiyyət idarəetmə sistemi” üzrə beynəlxalq “baş auditor” kursunun təşkil olunduğunu deyib.

Qeyd edilib ki, kurs müddətində iştirakçılara İSO 19011 standartının mahiyyəti, prinsipləri, auditin hədəfləri, baş auditor-auditor münasibətləri, auditin keçirilmə ardıcıllığı, hesabatların hazırlanması və digər məsələlər haqqında məlumat verilib. Kursun sonunda keçirilən imtahanın nəticələrə əsasən ARDNŞ-in 10 mütəxəssisi “baş auditor” beynəlxalq sertifikatına layiq görülüb. Sertifikat alan mütəxəssislər Sertifikatlı Auditorların Qeydiyyatı Təşkilatı (İRCA) tərəfindən qeydiyyata götürülüb.

Məlumat verilib ki, İRCA-nın əsas məqsədi auditorların davamlı olaraq təkmilləşdirilməsi, auditor peşəsinin nüfuzunun artırılması və dünya miqyasında akkreditasiya sisteminin inkişafının təmin edilməsidir. Sertifikat yalnız ARDNŞ-in müəssisələrində deyil, ölkə daxili və xarici təşkilatlarda da keyfiyyət idarəetmə sisteminin auditini həyata keçirməyə imkan verir.

Hazırda şirkətin tabeliyindəki 14 müəssisə və təşkilatda İSO standartı tətbiq olunmaqdadır. İlin sonunadək Bakı Ali Neft Məktəbində, habelə dalğıc və qəza-xilasetmə işləri idarəsində də bu standartın tətbiqi işlərinin yekunlaşdırılması nəzərdə tutulur.

www.azertag.com


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment