1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Valyuta birjası


BBVB və "İcbari Siğorta Bürosu" Hüquqi şəxslərin ittifaqi müqavilə bağladılar
25.06.2014

Baki, Finance Time. Baki Banklararası Valyuta Birjası (BBVB) və "İcbari Sığorta Bürosu" Hüquqi Şəxslərin Ittifaqi Birja Elektron Ticarət Sisteminin (BEST) “Money-Market” pul bazarında iştirakı haqqında müqavilə bağladılar. Müqaviləni BBVB-nin müdiri Fərhad Əmirbəyov və İcbari Sığorta Bürosunun İcraçi direktoru Elxan Quluyev imzaladılar.

"İcbari Sığorta Bürosu" müqaviləyə əsasən banklarla eynihüquqlu bir iştirakçı qismində bankların topdansatış pul bazarına çıxmaq imkanını əldə edəcək. BBVB isə öz növbəsində, yeni iştirakçıya BEST ticarət sisteminə daxil olmaq hüququnu, həmçinin hesablaşma və informasiya xidmətlərini təqdim edəcək.

Pul bazarı seqmentində aparılan əməliyyat və  hesablaşmalar “BEST-də pul vəsaitlərinin cəlbedilmə və yerləşdirilməsi üzrə əməliyyatların müvəqqəti keçirilmə qaydaları”, “BEST” sistemində hərracların təşkili və hesablaşmaların aparılma reqlamenti”, “BBVB-nin ticarət sessiyası çərçivəsində Mütəşəkkil pul bazarının kredit bölməsində bağlanmış kredit və depozit əqdləri üzrə hesablaşmaların müvəqqəti aparılma qaydaları”, eləcədə “Money-Market” maliyyə alətlərinin spesifikasiyası”na müvafiq olaraq həyata keçirilir.

"İcbari Sığorta Bürosu" Atəşgah Sığorta, Buta Sığorta, Ata Sığorta, AzRe və AZSIĞORTA şirkətlərindən sonra Birja Elektron Ticarət Sisteminin (BEST) “Money-Market” pul bazarında iştirakı haqqında müqavilə bağlamış altıncı sığorta şirkəti oldu.

 

 

"İcbari Sığorta Bürosu" Azərbaycan Respublikası Ədliyyə Nazirliyində 29 noyabr 2011-ci il tarixində qeydiyyata alınmışdır. Büronun fəaliyyətinin əsas məqsədi zərərçəkən sığorta olunanların və zərər vurulan üçüncü şəxslərin maraqlarının müdafiəsini, icbari sığorta sisteminin sabitliyi və inkişafını təmin etməkdən ibarətdir.

Baki Banklararası Valyuta Birjası 1993-cü il iyunun 21-də qapalı tipli səhmdar cəmiyyəti (QTSC) qismində təsis olunub. Onun səhmləri bərabər paylarla beş səhmdar – Azərbaycan mərkəzi bankı (AMB), Azərbaycan beynəlxalq bankı (ABB), Sənaye-investisiya bankı, Aqrar-sənaye bankı və Əmanət bankı arasında bölünüb. Son üç bankın birləşməsindən sonra hal-hazlrda birjanın səhdarları sarasına AMB, ABB, Kapital Bank və həmçinin qeyri-bank kredit təşkilatı “Aqrar Kredit” daxildir”.

Birja Elektron Ticarət Sistemi (Bourse E-system of Trades) birja xidmətlərinin göstərilməsi üçün  universallıq prinsipi üzərində qurulmuş bir sistemdir. Bu sistem bankların qısamüddətli likvidlik və valyuta risklərilə kompleks şəkildə idarə etmək üçün müasir platformadır. BEST azərbaycan banklarına nəinki xarici valyutalarla əməliyyat aparmaq, eyni zamanda mütəşəkkil banklararası kredit bazarında borcalma və yerləşdirmə əməliyyatlarını yüksək fəalliğla aparmaq imkanını verir.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment