1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Neft və qaz


Ukraynanın paytaxtında SOCAR-ın daha bir benzindoldurma kompleksi açılmışdır
03.07.2012

İyulun 1-də Kileydə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev Ukraynanın paytaxtında SOCAR-ın dördüncü benzindoldurma kompleksini (BDK) açmışdır. Açılışda Azərbaycanın Ukraynadakı səfiri Eynulla Mədətli, ARDNŞ-in vitse-prezidenti Süleyman Qasımov, SOCAR-ın Ukraynadakı nümayəndəliyinin başçısı Elçin Məmmədov və başqaları iştirak etmişlər. 
SOCAR-ın yeni BDK-sı Peçera körpüsü yaxınlığında, Xalqlar dostluğu bulvarı, 35 ünvanında yerləşir. Burada Avropanın bütün metrologiya və partlayış təhlükəsizliyi tələblərinə cavab verən müasir yanacaqpaylaşdırma kolonkaları quraşdırılmışdır. Bunlar dörd ikitərəfli və dörd birtərəfli beşməhsullu YPK-dır. Bu kolonkalar vasitəsilə ənənəvi A-95, A-92 benzinləri və “Nano” – Nano-98, Nano-95, Nano-diesel firma yanacağı satılır. 

Hazırda Kiyevin yollarında müxtəlif tipli avtomobillər, o cümlədən premium-klass avtomobilləri hərəkət edir. SOCAR-ın yeni BDK-ya müxtəlif avtomobillər üçün yanacaq, o cümlədən “temperamentli” motorlar üçün yaradılmış Nano-98 yanacağı təqdim edilmişdir. 

Avtomobbillərin yanacaqla doldurulmasından başqa, burada sürücülərin rahatlığı üçün pulsuz serviz kolonkası, eyni zamanda üç avtomobilə xidmət göstərmək üçün kompleks avtoyuma, avtotozsoran xidmətləri təqdim edilir. Belə BDK konfiqurasiyası gecə-gündüz iş rejimində nəinki müştərilərin rahatlığını və təhlükəsizliyin təmin edir, həm də onların avtomobillərinə yanacaqdoldurulma müddətini minimuma endirir. 

Bütövlükdə benzindoldurma kompleksi ən tələbkar şəhər sakinlərinin tələblərinin ödənilməsinə yönəldilmişdir. Ukraynada BDK praktikasında ilk dəfə olaraq “Lotus premium” kimyəvi təmizləmə məntəqəsi fəaliyyət göstərir, günün istənilən vaxtı pulsuz wi-fi, WC vardır. Mobil telefonları cərəyanla təmin etmək olar. 

Benzindoldurma kompleksinə həmçinin “Buta market” firma mağazası daxildir. Burada gecə-gündüz sənaye və ərzaq malları satılır. Ənənəvi olaraq qonaqlara firma yeməkləri təklif edilir. 

BDK-da bütün malların və xidmətlərin haqqını həm nağd pulla, həm də bank kartları vasitəsilə ödəmək olar.

SOCAR-ın Ukraynadakı nümayəndəliyi və “SOCAR Energy Ukraine” MMC fəxr edirlər ki, paytaxtın mürəkkəb şəhərsalma qanunları şəraitində belə mürəkkəb, müasir layihəni müvəffəqiyyətlə həyata keçirə bilmiş, həmçinin 42 iş yeri yaratmışlar.

www.azertag.com


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment