1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Neft və qaz


Dövlət Neft Fondunun 2011-ci il büdcəsinin icrası haqqında sərəncam imzalanıb
03.07.2012

Azərbaycan prezidenti İlham Əliyev Dövlət Neft Fondunun 2011-ci il büdcəsinin icrası haqqında sərəncam imzalayıb. 

APA-nın məlumatına görə, sərəncama əsasən, Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2011-ci il büdcəsinin icrası, gəlirlər 15 628 352,8 min manat, xərclər 9 606 595,4 min manat və ya Dövlət Neft Fondunun 2011-ci il büdcəsində nəzərdə tutulduğuna nisbətən gəlirlər üzrə 122,1 faiz, xərclər üzrə 96,6 faiz səviyyəsində olmaqla aşağıdakı kimi təsdiq edilib:


min manatla

Gəlirlər - cəmi: 15 628 352,8 min manat
1. Azərbaycan Respublikasının payına düşən karbohidrogenlərin satışından əldə edilən xalis gəlirlər (karbohidrogenlərin nəql edilməsi üzrə məsrəfləri, bank, gömrük rəsmiləşdirilməsi, müstəqil nəzarət (sörveyer), marketinq və sığorta xərclərini çıxmaq şərtilə, habelə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin sərmayəçisi, payçısı və ya tərəfdaşı olduğu layihələrdə onun sərmayəsinə və ya iştirak payına düşən gəlirlər istisna olmaqla) - 15 257 481,2 min manat

2. Şahdəniz-I fazasının icrası çərçivəsində hasil olunmuş qazın satışı üzrə müqavilə qiymətində edilmiş dəyişiklik nəticəsində yaranmış fərqdən daxilolmalar - 101 666,0 min manat

3. Neft-qaz layihələrinin həyata keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasının payına düşən dividendlər (BTC layihəsi üzrə) 66 784,1 min manat

4. Karbohidrogen ehtiyatlarının işlənməsi ilə əlaqədar sərmayəçilər tərəfindən müqavilə sahəsindən istifadə üçün ödənilən akrhesabı ödənişlər - 1 346,4 min manat

5.Neftin və qazın Azərbaycan Respublikasının ərazisi ilə ötürülməsindən əldə edilən gəlirlər - 7 502,4 min manat

6. Neft-qaz sazişlərinin imzalanması və ya icrası ilə bağlı Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə və ya səlahiyyətli dövlət orqanına sərmayəçilər tərəfindən ödənilən bonuslar (mükafatlar) - 15 730,0 min manat

7. Azərbaycan Respublikası Dövlət Neft Fondunun vəsaitlərinin idarə edilməsindən əldə edilən gəlirlər - 176 431,2 min manat

8. Digər gəlirlər və daxilolmalar - 1 411,5 min manat


Xərclər - cəmi: 9 606 595,4 min manat

1. Qaçqınların və məcburi köçkünlərin sosial-məişət və məskunlaşma məsələləri ilə bağlı bəzi tədbirlərin maliyyələşdirilməsi - 139 974,0 min manat

2. Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsinə transfert - 9 000 000,0 min manat

3. Oğuz-Qəbələ zonasından Bakı şəhərinə su kəmərinin çəkilməsi layihəsinin maliyyələşdirilməsi - 32 567,3 min manat

4. Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihəsinin maliyyələşdirilməsi - 199 998,3 min manat

5. Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsinin maliyyələşdirilməsi - 
161 926,1 min manat

6. “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın maliyyələşdirilməsi - 14 999,4 min manat

7. Azərbaycan Respublikası Dövlət Neft Fondunun idarə edilməsi ilə bağlı xərclər - 57 130,3 min manat 

www.apa.az


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment