1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Sığorta


Axa Mbask-dan agentləri üçün yeni xidmət - real vaxtda online ödəniş imkanı
01.04.2014

Azərbaycanın ən böyük müstəqil agent şəbəkəsinə malik olan AXAMBASK agentlərə investisiya yatırmağa davam edir.

Baki, Finance Time.  Agentlərin gündəlik işlərini asanlasdırmağa davam edən AXA MBASK Sığorta Şirkəti agentlərin çalışma üsullarının tətbiqində daha bir addım kimi,yeni rəqamsal sığorta haqqı qəbulu  proqramını işə salıb. Beləliklə, Azərbaycanın sığorta bazarında ilk dəfə olaraq sığorta agenti ödənişləri rəqəmsal şəkildə həyata keçiriləcək.

Bu sistem sayəsində vahid online uçot bazasında  baş ofis və agentlər  uçot əməliyyatlarını, xüsusilə də sığorta haqqlarının sığortalılardan qəbul edilməsi, baş ofisə (sığortaçıya) ötürülməsi, komissiya aktlarının hazırlanması, o cümlədən  maliyyə-uçot hesabatlarının avtomatlaşdırılması təmin edilmişdir.

Beləliklə, vahid uçot bazasında  AXA MBASK və  agentləri eyni ofisdə işlər kimi fəaliyyət göstərəcəklər. Müştərilərdən alınan sığorta haqqları rəqəmsall rejimdə qeydiyyata (uçota) alındığı üçün agentlər heç bir manual iş görməyəcəklər və hesabatları real vaxtda online edəcəklər. Nəticədə AXA MBASK agentləri manual hesabat hazırlanmasına vaxt sərf  etməyəcək, bu səbəbdən də  müştəriyə keyfiyyətli xidmətin göstərilməsinə və satışın artımına daha çox vaxt ayıracaqdır.

AXA MBASK Sığorta Şirkəti bu layihəni “işləməsi asan olan sığorta şirkəti” strategiyasına uyğun olaraq hazırlanmışdır və gələcəkdə də agentlərin asan sistemdə işləməsi üçün layihələrini davam etdirəcəkdir.

Xatırladaq ki, sığorta bazarının liderlərindən biri olan AXA MBASK SŞ 2010-cu ildən etibarən şirkətin mövcud biznes proseslərinə AXA beynəlxalq standartlarının tətbiqi prosesinə başlayıb.

Belə, sığorta agentlikləri şəbəkəsi vasitəsilə satışların inkişafı planı həyata keçirilməklə, qısa müddət ərzində bütün Azərbaycan ərazisində fiziki və hüquqi şəxslərlə, habelə maliyyə-kredit müəssisələri ilə bütün sığorta növləri üzrə işə yönəlmiş 80-ə yaxın sığorta polislərinin satışı məntəqəsi açılmışdır.

Avropa keyfiyyətli xidmət, habelə ödənişlərin vaxtlı-vaxtında və tam həyata keçirilməsi şirkətin qısa zaman ərzində  “İlin sığorta şirkəti” kimi altı  beynəlxalq və milli mükafatlara layiq görülməsinə gətirib çıxarmışdır.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment