1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Sığorta


“PAŞA Həyat”ın dəstəyi ilə müştəri-müəssisə və təşkilatın əməkdaşları İstanbulda keçirilən təlimdə iştirak edib
15.11.2013

Baki, Finance Time. Azərbaycanın“PAŞA Həyat Sığorta” ASC-nin təşəbbüsü və dəstəyi ilə şirkətin müştərisi olan bir neçə müəssisə və təşkilatın əməkdaşları Türkiyənin İstanbul şəhərində keçirilən beynəlxalq təlimdə iştirak edib.

“PAŞA Həyat Sığorta” ASC-nin İctimaiyyətlə əlaqələr xidmətinin verdiyi məlumata görə, bu ilin noyabr ayının 6-dan 9-dək Türkiyədə səfərdə olan müştəri-müəssisə və təşkilatların əməkdaşları İstanbulda keçirilən “İSO 31000:2009-Risklərin İdarəedilməsi: prinsipləri və qaydaları” mövzusunda təlim proqramında iştirak edib, həmçinin şəhərin görməli yerlərini gəzib, tarixi-memarlıq abidələri ilə yaxından tanış olublar.

“PAŞA Həyat”ın daim müştərilərinə diqqət və qayğı ilə yanaşdığını bildirən təlim iştirakçıları belə bir tədbirin təşkilini yüksək qiymətlənidiriblər. 

Xatırladaq ki, təlim proqramında “PAŞA Həyat”ı Tural Həsənov təmsil edib.

Qeyd edək ki, müştərilərinin motivasiyası, həmçinin müştərilərə göstərilən diqqət və qayğının nümunəsi olaraq, müştəri məmniniyyətinin təmin edilməsinəyönəlmiş belə tədbirlər “PAŞA Həyat Sığorta” şikrəti tərəfindən ənənə halına keçərək hər il təşkil olunur.

“PAŞA Holding” şirkətlər qrupunun ən gənc və uğurlu üzvlərindən biri olan “PAŞA Həyat Sığorta” ASC 2011-ci il fevral ayının 14-dən fəaliyyət göstərir. Cari ilin 9 ayı üzrə şirkət yığımlarının (24,498 mln.manat), həmçinin nizamnamə kapitalının (25,200 mln. manat) həcminə görə Azərbaycanın həyat sığortası bazarının lideridir. Hazırda şirkət müştərilərə istehsalatda bədbəxt hadisələrdən icbari sığorta, həyatın müddətli sığortası, yığım tərkibli yaşam sığortası, hətta sağalmaz xəstəliklərdən sığorta və digər könüllü  həyat sığortası məhsulları təklif  edir.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment