1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Valyuta birjası


QTSC “Bakı Banklararası Valyuta Birjası” yarandığı tarixinin 20-ci ildönümünü qeyd edir
19.07.2013

Baki, Finance Time. QTSC "Bakı Banklararası Valyuta Birjası" (BBVB) yarandığı tarixinin 20-ci ildönümünü qeyd edir.
1993 -cü il iyulun 26-da Azərbaycanda valyuta birjasının yaradılması təşəbbüsünü ölkənin Milli Bankı və dövlət kredit idarələri - Beynəlxalq, Əmanət, Sənaye və İnvestisiya və eləcədə Aqrar və Sənaye bankları öz üzərlərinə götürmüşlər. Maliyyə sisteminin əsas hissəsinə çevrilən BBVB öz fəaliyyətinin başlanğıcında valyuta bazarının mütəşəkkil şəkildə formalaşdırılması məqsədinə yönəlmişdi. Gələcəkdə maliyyə xidmətləri spektrinin genişlənməsi birja meydançası formalaşmasının universallıq prinsipini qabaqcadan müəyyən etmişdi. 
BBVB və onun səhmdarları tərəfindən ilk dəfə həyata keçirilmiş layihələr arasında Maliyyə Nazirliyinin Dövlət Qısamüddətli İstiqrazların (DQİ) emissiya dövriyyələrinin xidmət olunması, səhmlər bazarı sektorunda ilk razılaşmaların təşkil olunması, qiymətli kağızlar Depozitariyasının yaradılması, fond bazarında aparılan əməliyyatların mühasibat uçotu standartlarının təsdiqlənməsi, Listinq üzrə xüsusi komissiyanın yaradılması, ilk banklararası kredit auksionlarını, həmçinin universal ticarət və hesablaşma birja kompleksinin işə salınmasını qeyd etmək olar. Həmin kompleks 2001-ci ildə birja tərəfindən istismara buraxılmış və Qafqazda ilk birja ticarət sisteminə çevrilmiş "BEST" informasiya və ticarət sisteminin əsasını təşkil etmişdi. .
Onu da qeyd edək ki, BBVB öz yubileyini möhtəşəm nəticələrlə qarşılayıb. Belə ki,  BBVB-nin 2013-cü il 1 iyun tarixinə məcmu ticarət dövriyyəsi dollar ekvivalentilə təxminən 15 milyard təşkil edib. Həmçinin, 20 il ərzində birjada  6 900-dən artıq ticarət sessiyası keçirilib.

Bakı Banklararası Valyuta Birjasının 20-illik fəaliyyəti dövründə əldə edilmiş ən önəmli nailiyyətləri və baş vermiş tarixi hadisələri nəzərdən keçirək.

1994-cü il 26 avqust tarixi BBVB-də müntəzəm valyuta hərraclarının başlanması ilə yadda qalıb. Valyuta hərracları BBVB-nin üzvü olan banklar üçün xarici valyutalarla, o cümlədən ABŞ dolları, Alman markası, Rusiya rublu və digər postsovet məkanının valyutaları ilə keçirilib. Hərraclar xarici valyutada səslə (fiksinq metodu ilə) keçirilib.

1995-ci il martın 31-də BBVB-də AMB-nin ilk kredit auksionu baş tutub ki, burada kreditor (borcverən) qismində AMB, borcalanlar qismində isə - komersiya bankları çıxış ediblər. Hərraclar milli valyutada səslə (fiksinq metodu ilə) keçirilib.

1996-cı il sentyabrın 20-də BBVB-də Dövlət qısamüddətli istiqrazların (DQİ) yerləşdirilməsi üzrə ilk auksion keçirilib. Həmin istiqrazların emitenti Maliyyə Naziri olub. Bu auksionun əsas xüsusiyyəti ondan ibarət olub ki, ilk dəfə auksion elektron sistemində keçirilib.

1997-ci il  yanvarım 22-də BBVB-nin fond şöbəsində hərrac iştirakçıları üçün DQİ alqı-satqısı üzrə ilk təkrar hərracı baş tutub.

 

1997-ci il 25 sentyabr tarixində BBVB-nin universal elektron sistemində  xarici valyutanın alqı-satqısı üzrə ilk hərrac keçirilib. Bu harracı digər səs üsulu ilə keçirilən hərracdan fərqləndirdiyi üstünlüklər bunlar olub:

- xarici valyutalarla əqdlər çoxsaylı məzənnələrlə keçirilib, hərracların keçirilmə vaxtı xeyli uzadılıb (hərraclar demək olar ki, bütün əməliyyat günü ərzində 11-00-dan 15-oo-dək keçirilib);

- hərrac iştirakçıları əqdləri uzaqlaşdırılmış iş yerlərindən, birbaşa bank ofislərindən bağlamaq imkanını əldə ediblər.

2002-ci il martın 27-də Birja Elektron Ticarət Sistemində (BEST) Mütəşəkkil Banklararası kredit bazarı (MBKB) işə salınıb. MBKB-nın iştirakçı-bankları, o cümlədən AMB, öz aralarında banklararası kreditlərin yerləşdirmə və cəlbetməsi üzrə əqdləri həm milli, həm də xarici valyutada bağlamaq imkanını əldə ediblər. Həmçinin, bu bazarda, AMB-nın kredit auksionlarından fərqli olaraq, komersiya bankları həm borcalan, həm də borcverən qismində çıxış ediblər. Bağlanmış əqdlər üzrə hesablaşmalar birbaşa hərrac iştirakçıları arasında aparılıb.

2002-ci il iyunun 9-da - BEST-də valyuta seqmenti işə salınıb. Bu sistemin üstünlükləri:

- sistemin açıqlığı, bütün iştirakçıların sistemə bərabər giriş hüququ;

- T+1, T+2 hesablaşma tarixi ilə əməliyyatların aparılma imkanı;

-  hərracların bütün bank əməliyyat günü ərzində keçirilməsi;

- hərracların uzaqlaşdırılmış iş yerlərindən, birbaşa banklardan keçirilməsi;

- BBVB tərəfindən bağlanmış əqdlər üzrə hesablaşmaların hərracların iştirakçı banklarının AR-nın həm rezident-banklarındakı, eləcədə qeyri-rezident banklarındakı hesablarından aparılması.

2005-ci il iyunun 16-da -SWAP alərlərinin birja hərraclarına buraxılması. SWAP əqdlərinin bağlanması hərracların iştirakçı banklarına müxbir hesablarındakı milli və eləcədə xarici valyutada (ABŞ dolları) qalığlarla daha səmərəli idarə etmək üçün imkan yaratdı. Həmçinin valyuta mövqelərinin daha gec hesablaşma müddətlərə uzadılması imkanını verdi.

2008-ci il 1 may tarixində BEST universal ticarət-hesablaşma sisteminin yeni versiyasının tətbiq edilməsi. BEST-in yeni versiyasının köhnə versiyadan fərqli olaraq üstünlükləri bunlardır:

- bütövlüklə ticarət-hesablaşma kompleksinin aparat şəklində əvəz edilməsi və proqram platformunun dəyişdirilməsi sistemi daha səmərəli və təhlükəsiz etdi;

- sistem istifadəçiləri üçün bazarın bir sektorunda digər sektora aid məlumat almaq imkanı yarandı;

-  valyuta seqmentində işləyən treyder kross-alətlərlə əqd bağlamaq imkanı əldə etdi, yəni bir xarici valyutanı digərinə devirmək;

 - treyder sifarişində əsas məzənnə ölçüsündən əlavə mümkün məzənnə ölçüsünü qeyd edə bilər, bu ona hətta bazarda likvidlik aşağı olduğu halda, əqd bağlamaq imkanını verir.

2009-cu il 21 oktyabr tarixində MBKB çərçivəsində Zəmanətli Pul Bazarı (ZPB) seqmenti tətbiq olunub. Bu seqmentin fərqi ondadır ki, burada AMB kredit əməliyyatları üzrə öhdəliklərin yerinə yetirilməsinə zəmanət verir, halbuki MBKB-də qarşılıqlı öhdəliklər üzrə risklər əqd iştirakçılarının üzərinə düşür.  ZPB-nin önəmli xüsusiyyəti odur ki, kreditlərin milli valyutada ən yüksək məbləğini və vəsaitlərin cəlb edilməsi  üzrə ən son müddətini AMB özü müəyyən edir.

2013-cü il aprel ayından etibarən pul bazarına yeni iştirakçıların - Azərbaycanın sığorta şirkətlərinin cəlb edilməsi üzrə iş aparılır. Sığorta şirkətləri pul vəsaitlərinin potensial təchizatçılarıdır. 

Hal-hazırda qeyri-bank kredit təşkilatlarla bazar iştirakçı qismində cəlb edilmə haqqında danışıqlar aparılır.

Bakı Banklararası Valyuta Birjasının 20-illik yubiliyi üçün BEST-in yeni versiyasının buraxılması planlaşdırılır. Həmin versiyaya pul bazarının inkişafı ilə bağlı yeniliklərlə təchiz edilib və dörd seqmentdən ibarətdir.

Birinci seqment - BakiBID, BakiBOR pul indikatorlarının formalaşması seqmentidir. İkinci seqment - deposit auksionu seqmentidir ki, burada iştirakçı qismində eynilə komersiya bankları və siğorta şirkətləri çıxış edə bilərlər. Üçüncü seqment - pul vəsaitlərinin yerləşdirmə və cəlb edilməsi üzrə limitli pul bazarı seqmentidir. Dördüncü seqment isə - ZPB seqmentidir.

Bu isə bir daha onu sübut edir ki, BBVB-nin elektron ticarət sistemi yeni iştirakçıların cəlb olunması, dövriyyədə olan alətlərin çoxalması, eləcədə keçirilən əməliyyatların artırılması baxımından gələcək inkişaf üçün kifayət qədər potensiala malikdir.

Azərbaycanın maliyyə bazarında 20-illik uğurlu fəaliyyət Bakı Banklararası Valyuta Birjasının bundan sonra da inkişaf etməsi və bir regional mərkəzə çevrilməsi üçün əsaslı təməl yaradıb.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment