1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Neft və qaz


Yunanıstan tərəfi ARDNŞ-in DESFA-nı almasına razılıq verib
21.06.2013

Yunanıstanın Aktivlərin İnkişafı Dövlət Fondunun (HRADF) Direktorlar Şurası bu gün keçirilən iclasında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) DESFA qaz şirkətini almaq üçün etdiyi yenilənmiş təklifini nəzərdən keçirərək bəyənib.

Bu barədə APA-Economics HRADF-ın saytına istinadən məlumat verir.

Şura ən qısa zaman ərzində razılığın əldə olunması ilə əlaqədar lazımi tədbirlərin görülməsini qərara alıb.

Xatırladaq ki, hal-hazırda  “DESFA” səhmlərinin 35 faizi “Hellenic Petroleum” neft və qaz ayırma şirkətinə, 31 faizi isə - birbaşa Yunanıstan hökumətinə məxsusdur. Hökumət səhm  payının satışından 188 milyon avro əldə edəcək.    

“SOCAR”dan başqa “DESFA”ya Rusiyanın “Sintez” şirkəti və “PPF-Terna” müştərək yunan-çex sərmayə şirkəti də iddia edirdi. Lakin bir neçə gün əvvəl qeyd olunan iki şirkət “DESFA”nın satışı üzrə müsabiqədə iştirak etməkdən imtina edib. 

Xatırladaq ki, “DESFA” “DEPA” dövlət qaz şirkətinin törəmə müəssisəsidir. “DEPA”nın özəlləşdirilməsi ilə bağlı bir neçə gün əvvəl keçirilmiş müsabiqə formal müraciət olmadığından uğursuz olmuşdur. Son vaxtadək Rusiyanın “Qazprom” konserni “DEPA” şirkətinin əsas iddiaçısı hesab olunurdu.

Qeyd edək ki, “DEPA” şirkəti qazı topdan alaraq, onu yunan istehlakçılarına paylaşdırır. “DESFA” “DEPA” şirkətinin törəmə müəssisəsidir və istisna olaraq qazın nəqli ilə məşğul olur.

Yunanıstan dövlət borcunu azaltmaq məqsədilə ölkədə həyata keçirilən irimiqyaslı özəlləşmə çərçivəsində şirkətlərin satışına qərar verib. 

www.apa.az


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment