1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Valyuta birjası


Cari ilin may ayında xarici valyutalar üzrə elektron ticarətin həcmi BBVB-də 46,801 mln. manat təşkil edib
11.06.2013

Baki, Finance Time. 2013-ci il may аyının yекunlаrınа görə, Bакı Bаnкlаrаrаsı Vаlyutа Birjаsı (BBVB) onun vаlyutа bölməsində USD/AZN_TOD aləti üzrə кеçirilən hərrаclаrda 10 bаnк iştirак еdib. Birja Elektron Ticarət Sistemində (“BEST”) hesabat ayında 42 ticarət sessiyası keçirilmiş və 26 əqd qeydə alınmışdır. Hərracların həcmi 40,516 milyon manat və yaxud dollar ekvivalentində 51,652 milyon təşkil etmişdir.

Hesabat ayında valyuta seksiyasının USD/AZN üzrə hərracların ümumi həcmi 46,801 milyon manat və yaxud dollar ekvivalentində 59,652 milyon təşkil etmişdir.

Həmçinin, Swap_USD/AZN_TOD_2Week aləti üzrə dövriyyə 6,285 milyon manat və ya dollar ekvivalentində 8,0 milyon təşkil edib. Qeyd edək ki, bu alət üzrə dolların manata görə orta ölçülmüş məzənnəsi 0,7856 manat təşkil edib.

Cari ilin Aprel ayı ilə müqayisədə valyuta bölməsinin həcm göstəriciləri hesabat dövründə 17,310 mln. manat və yaxud 1.6 dəfə artmışdır.

Birja Elektron Ticarət Sistemində USD/AZN üzrə orta gündəlik dövriyyə təxminən 2,841 milyon dollara çatmışdır, halbuki, hər əqdin orta həcmi 2,294 milyon dollar təşkil etmişdir.

Qеyd еdəк кi, hеsаbаt аyındа birjаdа Аzərbаycаn mаnаtının USD/AZN_TOD aləti üzrə АBŞ dоllаrınа qаrşı məzənnəsi 0,03% düşüb – hər USD görə 0,7834-dən 0,7836 AZN qədər. Milli vаlyutаnın АBŞ dоllаrınа nisbi оrtаölçülü birjа məzənnəsi May аyındа 0,7844 АZN bərаbər оlub.

2013-cü ilin may ayının nəticələrinə əsasən BEST sistemi çərçivəsində fəaliyyət göstərən Mütəşəkkil Banklararası Kredit Bazarında (MBKB) hərracların ümumi həcmi manat ekvivalentində 5 milyon təşkil etmişdir.

BEST sistemində fəalliyət göstərən mütəşəkkil banklararasi kredit bazarında market-meyker statusu alan banklar tərəfindən cari ilin may ayında 90 günlük alət üzrə verilən sifarişlər əsasında hesablanan BakİBOR indeksi manat vəsaitləri üzrə illik 11,08%, ABŞ dolları üzrə isə 11,04% təşkil edib. BakİBİD tarifi 90 günlük müddətində manatla illik 5,23% və ABŞ dolları ilə 5,03% təşkil etmişdir.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment