1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Neft və qaz


ARDNŞ-nin Belçika Nümayəndəliyi Avropa Parlamenti və Avropa Komissiyası tərəfindən yaradılan və idarə olunan Şəffaflıq Reyisterində qeydiyyatdan keçib
06.06.2013

Baki, Finance Time. Məlumat vermək istərdik ki, SOCAR-ın Belçika nümayəndəliyi Avropa Birliyi qərarlarının qəbul edilməsi prosesində şəffaflığı təmin etmək məqsədilə yaradılan Şəffaflıq Reyisterində qeydiyyatdan keçib. Bu Reyisterdə qeydiyyat Aİ vətəndaşlarına ARDNŞ haqqında dəqiq və qərəzsiz informasiya toplanışına, habelə şirkətin maraqları, siyasəti və investisiya olunan resursları barədə ən düzgün məlumatı əldə etməyə imkanlar yaradacaqdır. 

Şəffaflıq Reyisterində ARDNŞ-nin qeydiyyatı və Reyisterin Davranış Məcəlləsinə tam əməl edilməsi bir ictimai məsuliyyət göstəricisidir. Beləliklə, Dövlət Neft Şirkəti Avropa Birliyi qaydaları ilə fəaliyyət göstərməsini qəbul edir və tam şəffaf şəkildə Avropa institusiyaları ilə qarşılıqlı əlaqə yaradır.

ARDNŞ-nin Avropa Parlamenti və Avropa Komissiyası tərəfindən yaradılan Şəffaflıq Reyisterində qeydiyyatı ARDNŞ-nin Aİ proseslərində fəal iştirakını ictimailəşdirəcək və bununla SOCAR-ın maraqlarını və məqsədlərini daha geniş auditoriyaya təqdim edə bilməsi üçün müstəsna imkanlar yaradacaqdır.

SOCAR-ın Şəffaflıq Reyisterində qeydiyyatdan keçməsi, həmçinin şirkətin Avropa Parlamenti və Avropa Komissiyası ilə rəsmi qaydada əməkdaşlığını təmin edəcəkdir.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment