Baki, Finance Time. Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsində keçirilən ticarət sessiyalarının nəticələrinə görə, 24 may tarixdə USD/AZN ortaölçülü məzənnəsi hər ABŞ dollarına görə 0,7836 AZN təşkil edib.
BEST sistemində keçirilən SƏHƏR SESSİYASININ açılış məzənnəsi hər ABŞ dollara görə 0,7836 AZN təşkil edib. USD/AZN T+0 aləti üzrə bağlanılan banklarаrası əqdlərin həcmi 3 590 253 AZN təşkil edib. Sessiyanin nəticələrinə görə manatın orta məzənnəsi dollara nisbətən 0,7836 AZN təşkil edib.
BEST-in GÜNDÜZ SESSİYASINDA USD/AZN T+0 aləti üzrə bağlanılan banklarаrası əqdlərin həcmi 2 866 143,80 AZN təşkil edib. Sessiyanin nəticələrinə görə manatın orta məzənnəsi dollara nisbətən 0,7836 AZN təşkil edib.
Beləliklə hər iki sessiyasinin nəticələrinə görə "Birja Elektron Sistemində Ticarət" ümumi həcmi USD/AZN aləti üzrə $ 8 234 000 ABŞ dolları və ya 6 456 396,40 AZN təşkil edib.
SWAP_USD/AZN_TOD_2 MONTH aləti üzrə bağlanılan banklarаrası əqdlərin həcmi 6 284 800 AZN təşkil edib, manatın orta məzənnəsi dollara nisbətən 0,7856 AZN təşkil edib.
AVRO və Rus Rublu üzrə sifarişlər banklar tərəfindən BEST sisteminə daxil edilməyib.
EUR/USD_TOD, EUR/USD_TOM alətləri üzrə sifarişlər banklar tərəfindən BEST sisteminə daxil edilib, amma əqdlər bağlanılmayıb.
BEST sistemində fəalliyət göstərən mütəşəkkil banklararasi kredit bazarında market-meyker statusu alan banklar tərəfindən 90 günlük alət üzrə verilən sifarişlər əsasında hesablanan BakİBOR indeksi manat vəsaitləri üzrə illik 9,90%, ABŞ dolları üzrə isə illik10,75% təşkil edib.
Gün ərzində kredit alətləri üzrə banklar arasında əqdlər qeydə alınmayıb.