1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Lizinq


“Aqrolizinq”in göstərdiyi xidmətlərin qiymətləri açıqlanıb
06.06.2012

Azərbaycanda “Aqrolizinq” ASC-nin fermerlərə göstərdiyi kənd təsərrüfatı xidmətlərinin qiymətləri açıqlanıb.

İqtisadi İnkişaf Nazirliyindən «
APA-ECONOMICS»ə verilən məlumata görə, hazırda kənd təsərrüfatı məhsullarının becərilməsi, bitkilərə aqrotexniki qulluğun göstərilməsi, məhsulun vaxtında və itkisiz yığılması, mal-qara üçün yem ehtiyatının yaradılması və s. sahələrdə işlərin intensiv aparıldığı vaxtdır.

Aqrotexniki xidmətlərə tələbatın artmasını nəzərə alaraq, “Aqrolizinq” ASC-nin qurumları vasitəsilə kənd təsərrüfatı məhsulları istehsalçılarına göstərilən xidmətlərin qiymətləri fermerlərin nəzərinə çatdırılır:

- 1 hektar sahədən taxıl biçini - 27 manat
- 1 hektar yem bitkilərinin özüyeriyən otbiçənlə biçilməsi - 22 manat
- 1 hektar yem bitkilərinin rotorlu otbiçənlə biçilməsi - 14 manat
- Otun, küləşin (1000 ədəd kipi bir gündə) preslənməsi - 100 manat
- 1 hektar sahəyə dənli bitkilər toxumunun səpin işləri - 10 manat
- 1 hektar şumun 22-27 sm dərinlikdə (orta müqavimətli torpaq) aparılması - 25 manat
- 1 hektar suvarılan və bərk torpaqda 27 sm-dən dərin şum işi - 27 manat
- 1 hektar dəmyə və yumşaq torpaqda 22-32 sm dərinlikdə şum işi - 24 manat
- 1 hektar sahənin rotasiyon mala ilə şumlanması - 16 manat
- Çalaqazanın bir gündəki iş norması (120 çala/gün) üçün - 60 manat
- Cərgələrarası becərmədə kultivasiya işləri - 10 manat
- 1 hektar sahəyə qollu çiləyici ilə dərman çilənməsi - 10 manat
- 1 hektar sahəyə ventilyatorlu çiləyici ilə dərman çilənməsi - 12 manat
- 1 hektar sahəyə çiyid (pambıq) əkini işləri - 12 manat
- 1 hektar sahədən pambıq yığımı - 60 manat
- 1 hektar sahədən çuğundur çıxarılması - 60 manat
- 1 hektar sahəyə kartofun basdırılması - 50 manat
- 1 hektar sahədən kartof çıxarılması - 40 manat
- 1 hektar sahəyə diskli mala çəkilməsi - 8 manat
- Səpinqabağı hamarlama işləri - 7,5 manat
- 1 hektar sahəyə mineral gübrə verilməsi - 8 manat 

www.apa.az


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment