1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Sığorta


Sığorta agentləri üçün şəxsi mobil marketinq imkanı
29.04.2013

Azərbaycanın ən böyük müstəqil agent şəbəkəsinə malik olan AXAMBASK agentlərə investisiya yatırmağa davam edir.

Baki, Finance Time. Sığorta şirkətlərinin və sığorta agentlərinin fəaliyyətində hər müştəriylə fərdi yanaşmanın

müstəsna əhəmiyyət kəsb etdiyini unutmayan AXA MBASK şirkəti yeni AXA Messenger adlı xidməti öz agentlərinə təqdim edir.

AXA Messenger AXA MBASK mütəxəssisləri tərəfindən, şirkətin ümumi sığortaçılıq proqramı olan Phoenix sistemi əsasında hazırlanmış bir rəqəmsal kampaniya idarəsi (Digital Campaign Managment) moduludur.Bu modul vasitəsilə agent öz adından (şirkətdən müstəqil olaraq),  öz müştərilərinə həm fərdi, həm də toplu şəkildə Email və ya SMS-bildirişləri vasitəsi ilə marketinq xəbərləri yaya bilər.

AXA Messenger agentlərin qeydiyyat bazası ilə online rejimdə işlədiyi üçün, Email ve SMS-bildirişləri, müştəriyə mühüm hadisələr haqqında vaxtında xəbər çatdırmaq imkanı yaradacaq.

Belə ki, agentlər bu yolla sığorta ödənişin vaxtı, sığorta müqaviləsinin başa çatması və yaxud uzadılması gününün yaxınlaşdığı barədə xatırlatmalar və bunun kimi başqa xəbərləri öz vaxtlarına uyğun çatdırıla bilərlər.

Bununla yanaşı, agent SMS-bildirişlər vasitəsilə özü tərəfindən xüsusi təklif, aksiya, yeni xidmətlər bildirə, yaxud sığorta şirkətinin fəaliyyətinə dair müştəri üçün əhəmiyyətli olan başqa məlumatları ötürə bilər. Təbii ki, sms bildirişləri həmçinin müştərini bayram və ya şəxsi əlamətdar günləri münasibətilə təbrik etmək üçün də göndərilə bilər.

Bu hadisıni şərh edən AXA MBASK Idarə Heyəti Sədrinin Birinci Müavini Selçuk Adıgüzel qeyd edib ki, “AXA Messenger agentlərimizə öz bineslərini daha asan və çevik idarə etməkdə yardımçı olar və bu, şübhəsiz, onların məhsuldarlığına, səmərəli fəaliyyətinə töhfə olacaq”.

- Agent Şəbəkəsi Idarəsin əsas vəsifəsi Şirkətin bütün resurslarının və iş görmə metodlarının  agentlerin ehtiyaçlarına uyğun formalaşdırılmasıdır. Məqsəd odur ki, agentlərimiz daxili əməliyyatlarına sərf etdikləri vaxtı azaldib, daha çox satış edərək, daha çox gəlir imkanı eldə etsinlər. Biz daim xidmət səviyyəsini yüksəltməyə çalışaraq ən müasir informasiya texnolojiləri tətbiq edirik. Bu layihələr agentlerimizin müştəri ilə təmaslarını və xidmətlərin keyfiyyətini artıraraq, satış potensialını qaldırır. Təcrübədən də gördüyümüz kimi, çox səmərəli olur, - deyə Selçuk Adıgüzel əlavə edib.

Sığorta xidmətlərini daim təkmilləşdirməyi qarşıya məqsəd qoyan AXA MBASK geniş agent şəbəkəsinin inkişafına fəal şəkildə təkan verir. Qısa müddət ərzində şirkətin həm paytaxtda, həm də bölgələrdə yaratdığı çoxşaxəli agent şəbəkəsi bu gün 80-dən artıq agentliklə ölkədə ən böyüyüdür. Bu da sığorta xidmətlərinin tam əhatə olunmasını və potensial istehlakçılar üçün əlverişliliyini təmin edir.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment