1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Sığorta


“PAŞA Həyat Sığorta” ASC cari ilin I rübünü uğurla başa vurub
19.04.2013

Baki, Finance Time. Azərbaycanın həyat sığortası üzrə ixtisaslaşmış şirkəti olan “PAŞA Həyat Sığorta” ASC 2013-cü ilin birinci rübü üzrə sığorta fəaliyyətinin yekunlarını açıqlayıb.

Şirkətin Marketinq və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, bu ilin birinci rübünün yekunu olaraq, “PAŞA Həyat” 8,352 mln. manat sığorta haqqı ilə şirkətlər sırasında ilk üçlüyə daxil olub.

Ötən ilin yanvar-mart ayları üzrə yığımlara diqqət yetirsək görərik ki, şirkətin bu ilin birinci rübündə topladığı yığımlar qeyd olunan dövrlə müqayisədə 7 dəfə və ya 3,677 mln. manat çox olub. Göstərilən dövrdə şirkətin məcmu yığımlarında icbari sığortanın payı 45%-ə, könüllü sığorta növlərinin payı isə 55%-ə çatıb. Bu isə “PAŞA Həyat”ın könüllü həyat sığortası növlərinin inkişafına daha çox üstünlük verməsi deməkdir.

Portfel əsasən həyatın yaşam sığortası, istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta, kredit götürən şəxslərin həyat sığortası və kritikxəstəliklərdən sığorta növləri üzrə daxil olan sığorta haqqlarından formalaşıb.

Bundan başqa, bu ilin birinci rübündə şirkət tərəfindən sığorta riskləri üzrə 0,148 mln. manat həcmində ödəniş həyata keçirilib ki, bu da ötən ilin müvafiq dövrünün ödənişindən təxminən 53% çox olub. Ödənişlərdə 0,142 mln. manat istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta növünə, 0,006 mln. manat isə könüllü həyat sığortası növlərinin payına düşüb. Bazar üzrə məcmu ödənişlərdə şirkətin xüsusi çəkisi isə 0,6% təşkil edib.

Ümumiyyətlə, qeyd olunanlar bir daha sübut edir ki, “PAŞA Həyat” Azərbaycan sığorta bazarının düzgün strategiya həyata keçirən əsas və fəaliştirakçılarından biridir.

Qeyd edək ki, şirkətin əsas missiyası peşəkar, çevik və etibarlı xidmət göstərməklə müştərilərin maliyyə sabitliyini və arxayınçılığını təmin etməkdir.

“PAŞA Həyat Sığorta” ASC 2010-cu il noyabrın 24-də dövlət qeydiyyatına alınıb, sığorta fəaliyyətinə lisenziya (5 illik) isə 2011-ci il fevralın 14-də verilib. Cari ilin aprel  ayının 1-nə şirkətin nizamnamə kapitalı 15,050 mln. manat təşkil edib.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment