|
|
|
Digər xəbərlər | | | Ekoloji, sosial və korporativ idarəetmə (ESG) standartları üzrə alt-qrupunun iclası keçiriləcək |
28.11.2024 | |
| |
Biznes mühiti və Beynəlxalq reytinqlər üzrə Komissiyanın “Korporativ idarəetmə, investisiyalar və korporativ sosial məsuliyyət” işçi qrupunun “Ekoloji, sosial və korporativ idarəetmə (ESG) standartları” üzrə alt-qrupunun 28 noyabr 2024-cü il tarixində saat 14:00-da “Zoom” onlayn platforması vasitəsilə növbəti iclasının keçirilməsi nəzərdə tutulur.
İclasda yeni yaradılmış ESG üzrə vahid elektron platformanın idarə edilməsi və funksional fəaliyyətinin təmin olunması, ESG prinsiplərinin tətbiqinin stimullaşdırılması və təşviqi üzrə 2025-ci il üçün Yol Xəritəsinin hazırlanması və qarşıda duran digər vəzifələr ilə bağlı məsələlər barədə müzakirələr aparılacaq.
İclasda altqrupa üzv olan dövlət orqanlarının, eləcə də yerli və beynəlxalq özəl şirkət və təşkilatların məsul şəxsləri iştirak edəcəkdir.
|
|
|
|