1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Neft və qaz


Azərbaycan Dövlət Neft Fondu IFC-nin layihələrinə sərmayələrini artırır
02.04.2013

Azərbaycan Dövlət Neft Fondu (ARDNF) Beynəlxalq Maliyyə Korporasiyası (IFC) və digər suveren və pensiya fondları ilə birgə yeni yaradılmış IFC-nin Qlobal İnfrastruktur Fonduna sərmayə yatırmağa başlayıb.

ARDNF-dən «APA-Economics»ə verilən məlumata görə, sözügedən Fond sərmayəçilərə inkişaf etməkdə olan bazarlarda infrastruktur layihələrinə və infrastruktur sahəsində fəaliyyət göstərən şirkətlərə investisiya yatırımları üçün nəzərdə tutulub.

IFC-nin Aktivlərin İdarəedici Şirkəti tərəfindən idarə olunacaq Qlobal İnfrastruktur Fondu enerji, nəqliyyat, kommunal xidmətlər, telekommunikasiya, şəhər infrastrukturu və infrastruktur xidmətləri sahəsində fəaliyyət göstərən şirkətlərə investisiya yatırımına imkan verəcək.

İlkin tranşda IFC-nin Qlobal İnfrastruktur Fondu 500 mln. ABŞ dolları məbləğində vəsaiti idarə edəcək ki, bu vəsaitin də 150 mln. dolların ARDNF tərəfindən ayrılması nəzərdə tutulur və Fond son tranşa qədər yatırımlarını 200 mln. dollara çatdırmağı planlaşdırır.

Qeyd edək ki, ARDNF 2010-cu ildə IFC-nin Aktivlərin İdarəedici Şirkəti tərəfindən idarə edilən Afrika, Latın Amerikası və Karib Fonduna 100 mln. dollar, 2012-ci ildə isə IFC-nin Katalizator Fonduna 50 mln. dollar məbləğində sərmayə yatırıb.

www.apa.az


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment