1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


AccessBank AYİB-in Ticarətin Maliyyələşdirilməsi Proqramına qoşulub
01.10.2024

Müştərilərinə innovativ maliyyə həlləri təqdim etmək məqsədinə sadiq olan AccessBank, Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) ilə Ticarətin Maliyyələşdirilməsi Proqramı (Trade Facilitation Programme) çərçivəsində əməkdaşlıq müqaviləsi imzalayıb. Bu strateji təşəbbüs beynəlxalq ticarət əməliyyatlarını dəstəkləmək və Azərbaycanın bütün ərazilərində sahibkarların maliyyə imkanlarını genişləndirməyə xidmət edir.

Müqavilə, beynəlxalq ticarət iştirakçılarına əlavə maliyyə resurslarına çıxış imkanı yaradan vacib tərəfdaşlığı əks etdirir. Proqram çərçivəsində sahibkarlar zəmanət və maliyyə dəstəyi alaraq, riskləri azaltmaq, ticarət əməliyyatlarını asanlaşdırmaq, fəaliyyətlərini daha səmərəli idarə etmək və qlobal bazarlara çıxış imkanlarından yararlanma imkanı əldə edəcəklər.


AccessBank-ın İdarə Heyətinin sədri Davit Tsiklauri qeyd edib ki: "Biz AccessBank-ın AYİB ilə saziş imzalaması və Ticarətin Maliyyələşdirilməsi Proqramına qoşulması ilə fəxr edirik.  Bu mühüm Proqram müştərilərimizə daha rəqabətədavamlı və innovativ maliyyə həlləri təqdim eməklə, Azərbaycanda idxal-ixrac fəaliyyətini dəstəkləyəcək və ölkənin ümumi iqtisadi inkişafına töhfə verəcək".

Ticarətin Maliyyələşdirilməsi Proqramı çərçivəsində imzalanan saziş, AccessBank-ın geniş spektrli maliyyə xidmətləri göstərmək qabiliyyətini gücləndirəcək. Bundan əlavə, yerli şirkətlərə beynəlxalq ticarətdə daha səmərəli iştirak üçün zəruri vasitələr təqdim etməklə yanaşı, riskləri azaldacaq, iqtisadi inkişafı stimullaşdacaq.

1999-cu ildə yaradılan Ticarətin Maliyyələşdirilməsi Proqramı AYİB ölkələrində xarici və daxili ticarətin inkişafına xidmət edir. Proqram çərçivəsində AYİB beynəlxalq banklara seçilmiş banklara və faktorinq şirkətlərinə yerli ixracatçılar, idxalçılar və distribyutorlara qısamüddətli kreditlər təqdim etmək üçün zəmanət verir.

AccessBank Azərbaycanda KOB-lar üzrə ixtisaslaşan və 2002-ci ildən sərfəli maliyyə xidmətləri təklif edən kommersiya bankıdır. Bank yerli biznesin inkişafını dəstəkləyərək, əlçatan və sərfəli xidmətlər təklif edir və ölkə iqtisadiyyatının güclənməsində mühüm rol oynayır.

AYİB Azərbaycanın ən böyük institusional investoru olaraq, ölkədə 190 layihəyə 3,7 milyard avrodan çox sərmayə yatırıb. Bankın əsas missiyası ölkənin iqtisadi diversifikasiyasını və davamlı inkişafını dəstəkləməkdir.

 


     



15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi
 



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment