1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsi Astarada şəhid və qazi ailələri üçün kardioloji tibbi sosial aksiya keçirib
30.09.2024

27 sentyabr 2024-cü il tarixində Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin təşkilatçılığı və Səhiyyə nazirliyinin C. Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun və TƏBİB-in dəstəyi ilə “Ümumdünya Ürək Günü”nə həsr edilmiş Astara Sağlamlıq Günləri çərçivəsində şəhid və qazi ailələri üçün kardioloji tibbi sosial aksiya keçirilib. 

Ilk öncə Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin nümayəndə heyəti Anım Günündə Astara şəhərində Şəhidlər Xiyabanını ziyarət edib, Vətən müharibəsində canlarını qurban vermiş qəhrəman şəhidlərimizin xatirəsini ehtiramla anıblar, məzarların üzərinə tər çiçəklər düzüblər.

Tədbirdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini, t.ü.f.d., dosent İsmayıl Əfəndiyev, Mərkəzi Gömrük Hospitalının rəisi-baş həkimi Bəxtiyar Musayev, Mərkəzi Gömrük Hospitalının Poiliklinika şöbəsinin rəisi, kardioloq Tamilla Əliyeva, Səhiyyə nazirliyinin C. Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru Gülnaz Dadaşova, C. Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun əməkdaşları, həkimləri, Mərkəzi Gömrük Hospitalının həkimləri, rezidentləri və tibb işçiləri iştirak ediblər.

Tədbirin açılış hissəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini, t.ü.f.d., dosent İsmayıl Əfəndiyev aksiya iştirakçılarını salamlayıb və bildirib ki, 27 sentyabr – Anım Günündə Gömrük Komitəsi Tibbi Xidmət İdarəsi və Mərkəzi Gömrük Hospitalının həkim və mütəxəssislərdən ibarət böyük dəstəsi Astara rayon Mərkəzi Xəstəxanasında ənənəvi olaraq şəhid və qazi ailələrinin üzvləri üçün tibbi xeyriyyə aksiyası keçirir. Aksiya zamanı şəhid və qazi ailələrinin üzvləri müxtəlif patologiyalar üzrə müayinələrdən keçəcək, lazımi reseptlər yazılacaq, ehtiyacı olan xəstələrə dərman vasitələri paylanacaq. Daha ixtisaslaşdırılmış əlavə müayinələr tələb olunan xəstələr üçün Mərkəzi Gömrük Hospitalına göndərişlər təqdim ediləcək və gələcəkdə onlar hospitalda ödənişsiz müayinələrdən keçəcək və müalicə olunacaqlar. 

Mərkəzi Gömrük Hospitalının rəisi-baş həkimi, t.e.d., Dr.Bəxtiyar Musayev bildirib ki, “Ümumdünya Ürək Günü”nə həsr edilmiş Astara Sağlamlıq Günləri çərçivəsində  həyata keçiriləcək tibbi xeyriyyə aksiyası zamanı Mərkəzi Gömrük Hospitalının və C. Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun yüksəkixtisaslı mütəxəssisləri tərəfindən şəhid və qazi ailələrinin üzvlərinə uroloji, kardioloji, endokrinoloji, nevroloji, oftalmoloji, ginekoloji, travmotoloji, pediatrik və s. xidmətlər göstəriləcək. 

Səhiyyə Nazirliyinin C. Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru Gülnaz Dadaşova “Ümumdünya Ürək Günü”nə həsr edilmiş Astara Sağlamlıq Günləri çərçivəsində Şəhid və qazi ailələri üçün kardioloji tibbi sosial aksiyanın əhəmiyyətindən danışaraq, aksiya zamanı şəhid və qazi ailələrinin üzvləri il yanaşı, bura gələn və tibbi müayinələrə ehtiyacı olan əhalinin də aksiyada iştirak etməsi, ambulator və ekspert müayinələrdən keçdiyini qeyd edib. 

Açılış mərasimindən sonra tibbi sosial aksiyaya start verilib. Şəhid və qazi ailələrinin üzvləri müxtəlif patoloji müayinədən, USM, EKQ, EXO müayinələrindən keçiriliblər, lazımi dərman preparatları ilə təmin olunublar.

Qeyd edək ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi tərəfindən “Ümumdünya Ürək Günü”nə həsr edilmiş Astara Sağlamlıq Günləri çərçivəsində şəhid və qazi ailələri üçün keçirilən kardioloji tibbi sosial aksiya zamanı 250 nəfər tibbi müayinədən keçirilib. 

 


     



15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi
 



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment