1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Mastercard Bakıda ilk “Texniki Müştəri Konfransını” uğurla başa vurdu
14.06.2024

31 may 2024-cü i ltarixində Mastercard, Yelo Bank və Azərbaycan Banklar Assosiasiyasının dəstəyi ilə Bakıda ilk “Texniki Müştəri Konfransı”nı (Customer Technical Conference)uğurla keçirdi. Tədbir şirkətin davamlı texnoloji innovasiyalar və mükəmməl müştəri xidmətləri təmin etmək öhdəliyində növbəti mühüm mərhələkimi yadda qaldı. Yelo Bankın baş ofisində baş tutan konfrans ödəniş sənayesindəki ən son nailiyyətləri və gələcək tendensiyaları öyrənmək üçün emitentlər, ekvayerlər, prosessorlar və ödəniş şlüzü sistemlərini təmsil edən biznes, məhsul və texniki mütəxəssisləri bir araya gətirdi.

İştirakçılar Mastercard-ın sistem təkmilləşdirmələrinin və yeni həllərinin biznes və texniki təsirləri haqqında interaktiv müzakirələrdə iştirak etdilər. Əsas mövzular arasında Mastercard bülleten xəbərləri, 2024-cü ilin 4-cü rübü üçün Yeni məhsul elanları, “Mastercard Connect” yenilikləri və Sərhədlər arası xidmətlər yer aldı.

Tədbir iştirakçılara suallar vermək və Mastercard mütəxəssislərindən tövsiyələr almaq üçün unikal imkan yaratdı, bilik mübadiləsi və problemlərin həlli üçün əməkdaşlıq mühitini gücləndirdi.

"Texniki Müştəri Konfransın keçirməkdə məqsədimiz tərəfdaşlarımızı əməliyyatlarının hazırlıq və uğur səviyyəsini artırmaq üçün ən son məlumat və alətlərlə gücləndirməkdir", deyə Mastercard-ın sözçüsü Pınar Şençift bildirib. “Biz bugün konfransda müşahidə olunan fəal iştirakdan və qiymətli müzakirələrdən məmnunuq. İlk konfransımızın Bakıda keçirilməsi bizim bu regiona sadiqliyimizi və onun texnoloji tərəqqi mərkəzi kimi potensialına inamımızı sübut edir”.

Mastercard-ın Bakıda keçirilən ilk “Texniki Müştəri Konfransı”nın uğurla başa çatması şirkətin innovasiyalara, müştəriləri xidmətlərinə və əməliyyat mükəmməlliyinə sadiqliyini nümayiş etdirir. Mastercard öz tərəfdaşlarına rəqəmsal ödənişlərin sürətlə dəyişən mənzərəsini idarə etmək üçün lazım olan resursları və dəstəyi təmin etmək öhdəliyinə hər zaman sadiqdir.


     



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment