1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


AccessBank daha bir regionda: Goranboyda yeni filialın açılışı
13.06.2024

Azərbaycanın aparıcı maliyyə institutlarından biri olan AccessBank ölkənin şimal-qərbində daha bir regional filialının açılışını elan edir.

Yeni Goranboy filialı Ə.Mehdiyev küç ev 19 ünvanında yerləşir.

Filial şəbəkəmizin genişləndirilməsi müştərilərə daha səmərəli xidmət göstərmək və biznesin inkişafına dəstək olmaq məqsədi ilə regionda fəaliyyətimizi gücləndirmək istəyimizi əks etdirir.

Yeni filial müştərilərə kreditlərin, o cümlədən mikro və aqro kreditlərinin verilməsi, istehlak kreditləri, əmanətlərin yerləşdirilməsi, plastik kartların verilməsi, pul köçürmələri, valyuta mübadiləsi və s. xidmətlər təklif edir.






“Yeni regional filialın açılması müştərilərimizə daha yaxın olmaq və onların maliyyə ehtiyaclarını daha yaxşı ödəmək istəyimizdə mühüm addımdır. Əminik ki, Goranboy filialımızın fəaliyyəti sahibkarlığa dəstək olmaq və şimal-qərb regionunda maliyyə əlçatanlığınıtəmin etmək məqsədlərimizə çatmağa imkan yaradacaq”, - AccessBank-ınİdarə Heyətinin üzvü, Mikro və Aqro Müştərilərlə iş üzrə İcraçı Direktor Renat Hümbətov bildirib.

AccessBank Azərbaycanın mikromaliyyələşdirmə bazarında lider olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 14-ü Bakıda, 21-i bölgələrdə olmaqla, 35 filialı fəaliyyət göstərir və MKOB-lar üçün əlçatan maliyyələşdirmə imkanlarını təqdim etməyə davam edir. Filiallar haqqında əlavə məlumat linkdə təqdim edilir: http://bit.ly/accessbank-filiallar

Bankın xidmətləri haqqında daha ətraflı məlumat əldə etmək üçün 151 Əlaqə Mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə (Facebook, Instagram, LinkedIn) müraciət edə bilərsiniz.  

*AccessBank QSC Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən 25 oktyabr 2002-ci il tarixli 245 saylı lisenziya əsasında fəaliyyət göstərir. Bankın Baş ofisi Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3 ünvanında yerləşir.

 


     



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment