1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


“PAŞA Kapital” ötən ilin nəticələri və 2023-2025-ci illərin strateji inkişaf planına dair mətbuat konfransı keçirib
11.06.2024

11 iyun 2024-cü il tarixində, PAŞA Kapital İnvestisiya Şirkəti İdarə Heyətinin Sədri Ceyhun Hacıyev, İdarə Heyətinin Sədrinin müavini Rauf Qurbanovun iştirakı ilə 2023-cü ilin və cari ilin 1-ci rübü üzrə maliyyə göstəricilərinə, həmçinin şirkətin 2023-2025-ci illər üzrə strateji hədəf və planlarına həsr olunmuş mətbuat konfransı keçirilib. 



Kapital bazarlarının cari vəziyyəti, gələcək perspektivləri, hüquqi və fiziki şəxslər üçün bugün böyüməkdə olan bazarın imkanlarının da ətraflı müzakirə olunduğu konfransda PAŞA Kapitalın yerli və beynəlxalq bazardakı fəaliyyəti, əldə etdiyi maliyyə uğurları və gələcək hədəfləri ilə bağlı geniş ictimaiyyətə ətraflı məlumat verilib. 

Azərbaycanın capital bazarında 12 ildən çox fəaliyyət göstərən “PAŞA Kapital” cari ilin birinci rübünə əsasən bazarın 50%-nə sahibdir. Hesabatda bazar payının yatırım alətləri üzrə bölgüsü isə aşağıdakı kimidir:


Dövlət qiymətli kağızlar bazarında son 2 il ərzində bazar payı artaraq 56% təşkil edib. Cari ilin birinci rübündə isə bu göstərici 59%-dir. 

Korporativ qiymətli kağızlar bazarında da şirkət mövqeyini möhləndirərək cari ilin birinci rübündə 24% bazar payına malik olub. 

REPO bazarında isə şirkətin bazardakı payı 2022-ci ildə 38% və 2023-cü ildə 39%, 2024-cü ilin birinci rübündə isə 48% təşkil edib.


Daha bir diqqət çəkən uğurlu göstərici isə “PAŞA Kapital”ınümumi portfel həcminin 2023-cü ilə nisbətən 167% artaraq 70 milyon AZN təşkil etməsi oldu. Bununla yanaşı, şirkətin 2021-ci ildən etibarən kapitalının artım dinamikasında 70%-dən çox, xalis gəlirin artım dinamikasında isə 40%-dən çox artım müşahidə olunur.

Bakı Fond Birjasında aylıq dövriyyəyə görə liderliyini qoruyan “PAŞA Kapital”, həmçinin cəmi aktivlərində də ötən ilin ümumi göstəricilərinə nisbətən cari ilin birinci rübündə kəskin artıma nail olub. Belə ki, 2023-cü ildə 66 milyon AZN olan bu göstərici, 2024-cü ilin birinci rübündə 70%-dən çox artaraq, 114 milyon AZN təşkil edib. Həmçinin xatırlatmaq istərdik ki, 2023-cü ildə “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC tarixi rekordunu yenilədi və şirkətin birja üzərindəki dövriyyəsinin həcmi 20 milyon AZN-dən çox təşkil etmişdi.

2023-cü il ərzində şirkətin xarici bazarlarda dövriyyəsi ümumilikdə təxminən 3,5 milyard AZN təşkil edib. 2024-cü ilin ilk rübünün nəticələrinə əsasən isə bu rəqəm 780 milyon AZN-ə yaxındır. “PAŞA Kapital”, həmçinin ilin sonuna qədər beynəlxalq bazarlardakı ticarət dövriyyəsini 5 milyard AZN-ə qədər yüksəltməyi hədəflədiyini vurğulayıb.

Təqdim olunan göstəricilər “PAŞA Kapital”ın innovative maliyyə həllərinə fokuslanan uğurlu strategiyasının nəticəsi və Azərbaycanın capital bazarına olan töhfəsinin ən bariz nümunəsidir. Şirkət investorları yatırım sahəsinə hazırlayır, onlara çoxşaxəli maliyyə həllərini etibarlı şəkildə təqdim edir. 

Xatırladaq ki, ölkənin lider investisiya şirkəti fəaliyyəti ərzində müxtəlif beynəlxalq mükafatlara layiq görülüb. Belə ki, “PAŞA Kapital” “Cbonds Awards CIS 2019” tərəfindən “Ölkənin ƏnYaxşı İnvestisiya Şirkəti”, 2021-ci ildə “International Finance” dərgisi tərəfindən “Azərbaycanın Ən Sürətli İnkişaf Edən Broker Şirkəti”, 2023-cü ildə “İlin ƏnYaxşı Sabit Gəlirli İstiqrazları” kimi nüfuzlu mükafatlarla təltif olunub.


     



22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi
 
 



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment