1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Baş Prokurorluqla Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin birgə məlumatı
10.06.2024

Baş Prokurorluqla Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin birgə  məlumatıHərbi  xidmətə  çağırışdan  boyun  qaçırma  hallarına  qarşı  Baş  Prokurorluq  tərəfindən mütəmadi olaraq müvafiq dövlət qurumları ilə birgə mübarizə davam etdirilirHəyata keçirilən kəsərli tədbirlər çərçivəsində, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə   Baş   İdarəsi   tərəfindən   Səfərbərlik   və   Hərbi   Xidmətə   Çağırış   üzrə   Dövlət Xidmətinin ayrı-ayrı vəzifəli şəxsləri barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işlərinin ibtidai istintaqı aparılıb və həmin şəxslər məhkəmə məsuliyyətinə verilib.İstintaqla, həmçinin çağırışçıların tibbi müayinəsini həyata keçirən xəstəxana və Hərbi Həkim   Komissiyalarının   həkimləri   tərəfindən   qanunvericiliyin   tələblərinə   əməl olunmaması,   hərbi   xidmətə   çağırışla   əlaqədar   çağırışçıların   düzgün   müayinə edilməməsi, sağlamlıq vəziyyəti faktiki olaraq sülh dövründə hərbi  xidmətə yararsız, müharibə   dövründə   məhdud   yararlı   hesab   edilən   şəxslərə   düzgün   diaqnoz   təyin edilməməsi və ya sağlam olan şəxslər barəsində hərbi xidmətə yararsız hesab edilə bilən diaqnozlar təyin edilməklə hərbi xidmətdən yayınmağa şərait yaradılması müəyyən edilib.Aparılan   araşdırmalarla   36   nəfərin   hərbi   xidmətə   yararsız   olduğu   halda   onların sağlamlıq vəziyyətinin düzgün qiymətləndirilməyərək hərbi xidmətə yararlı kimi qeydə alınması, 26 nəfərin praktiki sağlam və xidmətə yararlı olduğu halda tibbi müayinədən keçirildikdən sonra hərbi xidmətə yararsız kimi qiymətləndirilməsi, 12 nəfər şəxsin isə müxtəlif saxta sənədlərlə hərbi xidmətdən yayınması müəyyən edilib.

Qeyd   olunan   26   nəfər   şəxs   yenidən   tibbi   müayinədən   keçirilib   və   məhkəmə-tibbi ekspertizasının   rəyinə   əsasən,   onların   hərbi   xidmətə   yararlı   olmaları   təsdiq olunduğundan   barələrində   toplanmış   materiallar   onların   hərbi   xidmətə   göndərilməsi üçün aidiyyəti üzrə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə təqdim edilib.Digər 12 nəfər şəxs barəsində isə toplanmış materiallar onların hərbi xidmətə çağırış məsələsinə yenidən baxılması üçün aidiyyəti üzrə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə göndərilib.Bundan başqa,  sadalanan  faktlarla bağlı  araşdırma  nəticəsində aşkar  edilən  qanun pozuntularının, onları doğuran səbəb və şəraitin aradan qaldırılması, habelə gələcəkdə neqativ   halların   baş   verməsinin   qarşısının   alınması   məqsədilə   ümumilikdə   28   tibb müəssisəsi üzrə 90-a yaxın həkim və tibb işçisi barəsində Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) prokuror təsir tədbiri qismində təqdimatlar göndərilib.Müddətli həqiqi hərbi xidmətə çağırışdan boyun qaçırma hallarının qarşısının alınması və çağırışçıların yenidən hərbi xidmətə cəlb olunması, habelə bu sahədə korrupsiyaya qarşı   mübarizə   və   şəffaflığın   artırılması   istiqamətində   kompleks   mübarizə   tədbirləri bundan sonra da davam etdiriləcəkdir.

 


     



22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi
 
 



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment