1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


AYİB-lə əməkdaşlığın gündəmində olan məsələlər müzakirə edilib
24.04.2024

İqtisadiyyat Nazirliyində Avropa Yenidənqurma və İnkişaf Bankının Qafqaz üzrə regional direktoru Alkis Vryenios Drakinosla görüşdə əməkdaşlıq və birgə həyata keçirilən layihələr müzakirə edilib.

İqtisadiyyat naziri Mikayıl Cabbarov Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Qafqaz üzrə regional direktoru Alkis Vryenios Drakinosla görüşüb.

Görüşdə Azərbaycan və AYİB arasında müxtəlif istiqamətlər üzrə uğurlu əməkdaşlığın mövcud olduğu və ölkəmizin qurumla əlaqələrin inkişafına önəm verdiyi vurğulanıb. Ətraf mühit, enerji, nəqliyyat, tranzit və digər sahələr üzrə bankla birgə həyata keçirilən layihələrin iqtisadiyyatın diversifikasiyasına töhfə verdiyi qeyd olunub. Qarşıya qoyulmuş inkişaf hədəflərinin reallaşdırılması istiqamətində işbirliyi imkanları, xüsusilə bərpa olunan və alternativ enerji, özəl sektorun inkişafı, dövlət-özəl tərəfdaşlığının inkişafı, infrastruktur və digər istiqamətlər üzrə prioritet layihələr barədə məlumat verilib.

Alkis Vryenios Drakinos Azərbaycanla əlaqələrin səviyyəsinin məmnunluq doğurduğunu ifadə edib. Qurumun ölkəmizdə iqtisadi şaxələndirmənin təşviqi, maliyyə bazarlarının inkişaf etdirilməsilə xüsusilə kiçik və orta biznes subyektlərinin rəqabətə davamlılığının artırılması, “yaşıl iqtisadiyyat”a keçidin sürətləndirilməsinə dəstək verməkdə maraqlı olduğu nəzərə çatdırılıb.

Tərəflər Azərbaycan – AYİB əlaqələrinin gündəmində olan məsələləri, qurumun 2024-2029-cu illər üzrə Azərbaycana dair Ölkə Strategiyasının ilkin layihəsi, “yaşıl iqtisadiyyat”a intensiv dəstək və birgə həyata keçirilən layihələrin perspektivlərini müzakirə ediblər. Bankın COP29 çərçivəsində əməkdaşlıqda maraqlı olduğu bildirilib, COP29 üçün çağırışlar və iqlim dəyişikliyi ilə mübarizədə maliyyələşmə mexanizmlərinin tətbiqi barədə fikir mübadiləsi aparılıb.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment