1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Mərkəzi Gömrük Hospitalında “Son mərhələ qaraciyər xəstəliyi və viral hepatitlər" mövzusunda Elmi Konfrans keçirilib
24.04.2024

23 aprel 2024-cü il tarixində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin, Mərkəzi Gömrük Hospitalının, “Azərbaycan Qastroenteroloqlar və Hepatoloqlar” İctimai Birliyinin, “Azərbaycan İnfeksion Xəstəlikləri və Klinik Mikrobiologiya Cəmiyyəti”nin və Abbott şirkətinin birgə təşkilatçılığı ilə "Son mərhələ qaraciyər xəstəliyi və viral hepatitlər" mövzusunda Elmi konfrans keçirilib.

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi, t.ü.f.d., əməkdar həkim Ceyhun Məmmədov konfransı açaraq iştirakçıları salamlayıb və bildirib ki, ölkə təbabəti üçün aktual olan mövzuya həsr edilmiş bugünkü tədbirdə həm təcrübəli həkimlər, həm də həkim-rezident və tələbələr iştirak edirlər. Ceyhun Məmmədov deyib: “Hər il dünyada 1 milyon 400 mindən çox insan viruslu hepatitlərə görə həyatını itirir. 290 milyondan artıq xəstə hepatitlərdən əziyyət çəkir, bunlardan təxminən 250 milyonu hepatit B-nin, 40 milyonu isə hepatit C-nin payına düşür. Təəssüf ki,  cəmiyyətimizdə bəzən insanlar viruslu hepatit diaqnozu qoyulanda özlərini narahat hiss edirlər, bunu gizlətməyə çalışırlar. Halbuki, bu gün hepatit B-yə qarşı çox effektiv profilaktika – peyvənd mövcuddur, hepatit B və C-nin müalicəsi də bəllidir, sağalması mümkündür”. 

İdarə rəisi Azərbaycanda bu xəstəliklərlə bağlı müxtəlif istiqamətlərdə aparılan işlərə toxunaraq, Səhiyyə Nazirliyinin nəzdində yaradılmış və viruslu hepatitlərdən əziyyət çəkən xəstələrə yardım göstərən, onları dərmanlarla təmin edən xüsusi komissiyanın fəaliyyətini qeyd edib. Ceyhun Məmmədov deyib: “Konfransın mövzusu Mərkəzi Gömrük Hospitalının fəaliyyəti ilə də sıx bağlıdır, çünki Hospitalın  Orqan transplantasiyası şöbəsində canlı donorlardan qaraciyər və böyrək transplantasiyası əməliyyatları həyata keçirilir. Bildiyiniz kimi, ən ağır qaraciyər xəstələri üçün orqan köçürülməsi bəzən son ümid və yeganə çıxış yoludur. Sevindirici haldır ki, keçən ildən qaraciyər transplantasiyası İcbari Tibbi Sığortanın xidmətlər zərfinə daxil edilib və hazırda bizim Hospitalda tam ödənişsiz icra edilir”.

Sonra salamlama nitqi ilə Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi, Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini, t.e.d., əməkdar həkim Rəşad Mahmudov çıxış edib. O deyib: “Bu gün biz bir tibb müəssisəsi olaraq qürurla deyə bilərik ki, Mərkəzi Gömrük Hospitalı son mərhələ qaraciyər xəstəliyi və hepatitlərin müalicəsində mühüm nailiyyətlər qazanıb. Hospitalın Orqan transplantasiyası şöbəsində ən ağır psixoloji durumda olan xəstələrin və onların ailələrinin sosial tərəfdən idarə olunması prosesi tənzimlənir, artıq Hospitalda orqan köçürülməsi əməliyyatları İcbari Tibbi Sığortanın xidmətlər zərfi çərçivəsində uğurla icra edilir. Mərkəzi Gömrük Hospitalının yüksək qiymətə layiq olan bu təcrübələrinin digər tibb müəssisələri ilə paylaşılması çox mühüm önəm daşıyır və bu iş hazırda genişlənməkdədir. Yəni Hospitalın əməkdaşları bu sahədə olan təcrübələrini həm də digər müəssisələrin həkimlərinə çatdırırlar”.

Mərkəzi Gömrük Hospitalının Cərrahiyyə və Orqan transplantasiyası şöbəsinin rəisi, t.ü.f.d., ümumi cərrah, transplantoloq Mircəlal Kazımi tədbr iştirakçılarına uğurlar arzulayıb və əminliyini bildirib ki, konfransın nəticələri onu həm canlı, həm də onlayn izləyən bütün həmkarlarına faydalı olacaq. Elmi konfransda yüksək ixtisaslı mütəxəssislər tərəfindən viruslu hepatitlərin diaqnostika və müalicəsindəki yeniliklər, qaraciyər sirrozunun diaqnostika və müalicə prinsipləri, hepatorenal sindrom, qaraciyər transplantasiyası və transplantasiyadan sonrakı infeksiyalar barədə təqdimatlar edilib, auditoriyanı maraqlandıran suallar cavablandırılıb.

Mərkəzi Gömrük Hospitalının həkimləri: Cərrahiyyə və Orqan transplantasiyası şöbəsinin rəisi, t.ü.f.d., ümumi cərrah, transplantoloq Mircəlal Kazımi “Son mərhələ qaraciyər yetməzliyi: qaraciyər transplantasiyası”, Efferent terapiya şöbəsinin rəisi, həkim-nefroloq Mirmənsim Məmmədov “Hepatorenal sindrom” və   həkim-infeksionist Mədinə Abdullayeva “Qaraciyər transplantasiyası sonrası infeksiyalar”, İ.M.Seçenov adına Moskva Birinci Dövlət Tibb Universiteti Bakı Filialının Daxili xəstəliklər kafedrasının dosenti, t.ü.f.d., həkim-hepatoloq Gülnarə Ağayeva “Viruslu hepatitlərin diaqnostika və müalicəsindəki yeniliklər” və MedEra hospitalının həkim-infeksionisti Azər Nağıyev “Qaraciyər sirrozunun diaqnostika və müalicə prinsipləri”  mövzusunda çıxış ediblər. 

Konfrans əyani olaraq Mərkəzi Gömrük Hospitalının akt zalında, distant olaraq isə ZOOM platformasında həyata keçirilib. Elmi konfransda pediatr, ümumi cərrah, uşaq cərrahı, terapevt, nefroloq, qastroenteroloq və infeksionist ixtisasına malik həkim və rezidentlər iştirak ediblər. Konfrans 4 DTT balı ilə qiymətləndirilmişdir.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment