1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


AccessBank BMT-nin Qlobal Sazişinə qoşulub
17.04.2024

Davamlı inkişaf və məsuliyyətli biznes prinsiplərinə sadiq olan AccessBank,qürurla Birləşmiş Millətlər Təşkilatının Qlobal Sazişinə(UNGlobal Compact) qoşulduğunu elan edir.

BMT-nin Qlobal Sazişi biznes strukturlarını davamlı inkişaf fəaliyyətə cəlb edilməsi, eləcə də dövlət və korporativ sektorlar arasında qlobal tərəfdaşlığın formalaşdırılmasına yönəlmişən böyük beynəlxalq təşəbbüsdür.

AccessBank-ın Qlobal Sazişdə iştirakı davamlı inkişaf məqsədlərinin və ESG (Ekoloji, Sosial, İdarəetmə) prinsiplərinin - ətraf mühit, sosial və korporativ məsuliyyətin fəal şəkildə təşviqi deməkdir. BMT-nin Qlobal Sazişinə qoşulmaqla AccessBank,insan hüquqları, ətraf mühit, əmək münasibətləri və korrupsiyaya qarşı mübarizə sahələrində Qlobal Sazişin on prinsipini dəstəkləmək öhdəliyini üzərinə götürür. Bank həmçinin BMT-nin 2030-cu ilə qədər Dayanıqlı İnkişaf Strategiyasına daxil edilmiş 17 davamlı inkişaf məqsədini həyata keçirməyidə öhdəlik olaraq qəbul edir.

BMT Qlobal Sazişinin üzvü kimi AccessBank bütün əməliyyatlarda və biznes tərəfdaşlıqlarında insan hüquqlarını dəstəkləmə yə və qorumağa, beynəlxalq standartlara cavab verən rahat iş mühitini təmin etməyə, ətraf mühitin qorunması və çirklənmənin qarşısının alınması istiqamətində tədbirlər görməyə və bütün sahələrdə korrupsiyaya qarşı mübarizə aparmağı davam edəcək. 

“BMT Qlobal Sazişinə qoşulmaq bizim davamlı inkişaf və sosial məsuliyyət prinsiplərinə sadiqliyimizi əks etdirir. İnanırıq ki, bu prinsipləri strategiyamıza inteqrasiya etmək bizə yalnız riskləri daha yaxşı idarə etməyə deyil, həm də müştərilərimiz, işçilərimiz və bütövlükdə cəmiyyət üçün daha böyük dəyər yaratmağa imkan verəcək. Biz daha məsuliyyətli və davamlı dünyaya doğru qlobal hərəkatın bir hissəsi olmaqdan qürur duyuruq”, - AccessBank-ın İdarə Heyətinin sədri Davit Tsiklauri bildirib.

AccessBank Azərbaycanın mikromaliyyələşdirmə bazarında lider olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 14-ü Bakıda, 18-i bölgələrdə olmaqla, 32 filialı fəaliyyət göstərir və MKOB-lar üçün əlçatan maliyyələşdirmə imkanlarını təqdim etməyə davam edir. Filiallar haqqında əlavə məlumat linkdə təqdim edilir: http://bit.ly/accessbank-filiallar

Bankın xidmətləri haqqında daha ətraflı məlumat əldə etmək üçün 151 Əlaqə Mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına, və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə  (Facebook, Instagram, LinkedIn) müraciət edə bilərsiniz.  

*AccessBank QSC Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən 25 oktyabr 2002-ci il tarixli 245 saylı lisenziya əsasında fəaliyyət göstərir. Bankın Baş ofisi Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3 ünvanında yerləşir.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment