1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


“Her action in Art” festivalı: İncəsənətdə qadın toxunuşlarının vurğulandığı bir ay
17.04.2024

Qırmızı Ürəklər Fondu, Niderland Krallığının Azərbaycandakı Səfirliyi, Almaniya Federativ Respublikasının Azərbaycandakı Səfirliyi və “Var Yox”mədəniyyət və incəsənət platformasının birgə təşkilatçılığı ilə “Her Action in Art” adlı festival baş tutub. 

Festivalda Gürcüstan, Qazaxıstan və Qırğızıstandan olan tanınmış rəssamlarla yanaşı seçilmiş 13 azərbaycanlı qadın rəssamın əsərləri də sərgilənib. Sərgidə rəsm əsərləri,instalyasiyaların nümayişi ilə yanaşı müxtəlif mövzularda seminarlar da baş tutub. Sitarə İbrahimbəyli, Lesli Qrey və Olqa Seleznyovanın kuratorluğu ilə keçirilən seminarların məqsədi regionda qadınların incəsənətə cəlbi və motivasiya edilməsi olub. 

Festival çərçivəsində beynəlxalq fotoqraflar tərfindən iki fotoqrafiya seminarı keçirilib. Seminarlarda yerli qadın fotoqrafların portfolioları beynəlxalq mütəxəssislər tərəfindən dəyərləndirilib. 

Bu ilhamverici  festivalın yekunu olaraq Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın dəstəyi ilə 11 saylı inteqrasiya təlimli internat məktəbinin şagirdləri “NineSenses” yaradıcılıq və özünüinkişaf mərkəzində əl işlərini nümayiş etdiriblər. Əl işlərindən ibarət sərgi və uşaqların moda nümayişi iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb. 

1 ay davam edən “Her action in Art” festivalının məqsədi azərbaycanlı qadın rəssamların əsərlərini yeni tamaşaçılara təqdim etməklə onların peşəkar inkişafına dəstək olmaq idi. 

Qeyd edək ki, “Red Hearts”- Qırmızı Ürəklər Fondu 2019-cu ildə Kapital Bank-ın könüllü əməkdaşlarının təşəbbüsü ilə yaradılıb. 2020-ci ildə dövlət qeydiyyatına alınan Fond ölkəmizdə ianəçilik mədəniyyətinin formalaşmasına xidmət edir. Ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpası, təhsil, təlim-tədris, maarifləndirmə kimi cəmiyyətin  həssas və vacib mövzularına dair sosial təşəbbüslərlə çıxış edən “Red Hearts”- ın ali məqsədi yardımsevər insanları xeyriyyəçilik mədəniyyəti ətrafında birləşdirməkdir. Fondun fəaliyyəti ilə ətraflı tanış olmaq və ianə edərək sözügedən mövzularda dəstək olmaq üçün https://redhearts.az saytına daxil olmaq kifayətdir.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment