1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Sığorta


Axa Mbask-dan unikal xidmət
13.03.2013

Şirkət Azərbaycanda ilk dəfə olaraq müştərilərə SMS-bildirişləri xidmətini təqdim edir

Baki, Finance Time. Müştəri xidmətlərinin keyfiyyətini təkmilləşdirməyə davam edən AXA MBASK Sığorta Şirkəti müştərilərlə səmərəli çalışma üsullarının tətbiqində daha bir addım kimi mobil telefon rabitəsinə əsaslanan yeni elektron servisi işə salıb.

Belə ki, avtosığorta müqavilələri üzrə sığorta iddiasının emalı  haqqında müştəriləri məlumatlandırmağı sadələşdirmək məqsədi ilə (işin gedişatı barədə müştəri şirkətə müraciət etmədən qabaq xəbər etmək,  işin təqib öhdəliyini müştərinin üzərindən götürmək və s.) üçün şirkət yeni SMS- bildirişləri xidmətini tətbiq edib.

Bundan sonra şirkətin müştərilərinə işin açılması, sığorta hadisəsinin həllinə məsul şəxslərin təyini, hadisənin araşdırılması mərhələləri (məsələn, “araşdırmağa qəbul olunub”, “zəruri sənədlər əksikdir” vs.), məsələnin həll olunması haqda həmin an SMS-bildirişləri göndəriləcək.

Yeni xidmət şirkətin müştəriləri üçün pulsuzdur. Hansı mobil operatorunun nömrəsini işlətdiyinə baxmayaraq hər müştəri sığortaçıdan SMS-bildirişləri alacaq.

Bu yeniliyi şərh edən AXA MBASK Sığorta Şirkətinin Idarə Heyəti Üzvü və Sığorta Ödənişləri Əməliyyat İdarəsi müdiri Ceyhun Qurbanlı bildirib ki, «SMS vasitəsilə müştərilərə səmərəli şəkildə lazımı məlumatlar çatdırmaqla şirkət öz müştərilərilə münasibətləri daha möhkəm inam üzərində qura bilər».

«Şirkətimizin başlıca məqsədi müştərilərə keyfiyyətli, etibarlı, rahat xidmətlər çeşidini təqdim etməkdir. Bu yeni səmərəli və rahat xidmətimizlə müştərilərlə əlaqələrimizi daha yüksək səviyyədə quracağımıza, vaxtlarına qənaət edəcəyimizə heç bir şübhəm yoxdur» – deyə C.Qurbanlı vurğulayıb.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment