Mərkəzi Gömrük Hospitalının pediatr-neanotoloqu Dr.Aygün Sadıxova canlı yayımda CBC Radioda “Qrip xəstəliyi” mövzusunda çıxış edib. Aygün həkimin çıxışını Mərkəzi Gömrük Hospitalının youtube kanalında izləyə bilərsiniz. Linki Sizə təqdim edirik. https://youtu.be/Xqu8jNANnao.
Qeyd edək ki, Dr.Aygün Sadıxova Mərkəzi Gömrük Hospitalında yeni doğulmuş uşaqların müayinəsi, uşaqların anadan olduğu dövrdən 17 yaşa kimi olan dövrdə müayinə və müalicəsi, vaksinasiya, uşaqlarda qastroenterologiya, pulmonologiya, allerqologiya, otolarinqologiya kimi xəstəliklərin müalicəsi və ağır xəstələrin stasionar şəraitdə müalicəsi ilə məşğul olur. Mərkəzi Gömrük Hospitalı COVİD-19 xəstələrini qəbul etdiyi gündən Dr.Aygün Sadıxova kovid xəstələrin müalicəsində iştirak edib.
Dr.Aygün Sadıxova 1994-2001-ci illərdə Azərbaycan Tibb Universitetinin pediatriya fakültəsində təhsil almış, 2001-2002-ci illərdə Elmi-Tədqiqat Pediatriya İnstitutunda pediatriya ixtisası üzrə internatura keçmişdir. Əmək fəaliyyətinə 2002-ci ildə başlayan Aygün həkim 2017-ci ilə qədər dövlət tibb müəssisəsində pediatr-neonatoloq kimi çalışıb. O, 2017-ci ildən Mərkəzi Gömrük Hospitalında pediatr-neonatoloq kimi fəaliyyət göstərir.
Dr.Aygün Sadıxova daim tibb elminin nailiyyətləri ilə tanış olur, onları öyrənir və öz təcrübəsində tətbiq edir. O, daim beynəlxalq konfranslarda, seminarlarda və elmi-praktik konfranslarda iştirak edir. Belə ki, 2010-cu ildə Türkiyənin İstanbul şəhərində keçirilən XXVIII Milli Neonatologiya konqresində, 2018-ci ildə Neonatologiya üzrə I Bakı Beynəlxalq Konfransında iştirak etmişdir.
Həmçinin, Aygün həkim Bakı şəhərində keçirilən “Pediatriyada yeniliklər” mövzusunda VIII simpoziumda, 2019-cu ildə Neonatologiya üzrə Azərbaycan-Türkiyə II İntensiv təlim kursunda, Neonatologiya üzrə II Bakı Beynəlxalq konqresində, “Pediatriyada Yeniliklər” adlı Beynəlxalq Tibb konfransında, Pediatrik reanimasiya və Təcili Pediatrik Yardım üzrə təlim kursunda və digər elmi-praktik konfranslarda iştirak edib.
Həkim barədə daha ətraflı məlumat almaq üçün bu linkə daxil ola bilərsiniz: https://customshospital.az/aygun-sadixova/. Dr. Aygün Sadıxovanın qəbuluna yazılmaq üçün əlaqə nömrəsi: (012) 404-08-08.