1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Dünya xəbərləri


“ASAN xidmət” beynəlxalq tədbirdə təqdim olunub
05.03.2024

Monteneqronun paytaxtı Podqoritsa şəhərində Almaniya Beynəxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) və Qərbi Balkanlar Regionu üzrə Dövlət İdarəçilik Məktəbinin (ResPA) təşkilatçılığı ilə “Mükəmməllikdə tərəfdaşlıq təməlinin qurulması” mövzusunda seminar keçirilib.

Əsas məqsəd keyfiyyətli idarəetmə sistemləri qrupuna aid olan “Ümümi Qiymətləndirmə Çərçivəsi”nin dövlət qurumlarının təşkilati fəaliyyətinin təkmilləşdirilməsində rolu, habelə müvafiq modelin Şərq Tərəfdaşlığına (ŞT) üzv ölkələrdə mümkün tətbiqi barədə müzakirələrin aparılması olub.

Proqram çərçivəsində ölkəmizin “ASAN xidmət” təcrübəsi barədə iştirakçılara ətraflı məlumat verilib.

Həmçinin səfər zamanı Dövlət Agentliyinin nümayəndə heyəti ilə Monteneqronun Dövlət İdarəçiliyi Nazirliyinin Dövlət idarəçiliyində strateji planlaşdırma idarəsinin baş direktoru arasında ikitərəfli görüş keçirilib. Tərəflər arasında 2017-ci ildə imzalanmış Anlaşma Memorandumunun icrası çərçivəsində birgə həyata keçirilmiş tədbirlər, planlaşdırılan layihələr, o cümlədən Dövlət Agentliyi tərəfindən dövlət xidmətlərinin göstərilməsi sahəsində icra olunan mövcud innovativ həllərin Monteneqroda tətbiqinə dair müzakirələr aparılıb.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment