1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Strateji investisiya layihələri üzrə ilk təşviq sənədi verilib
01.03.2024

Strateji investisiya layihələri üzrə ilk təşviq sənədi verilib 

Strateji investisiya layihələri üzrə ilk təşviq sənədinin verildiyi bərpa olunan enerji istehsalı layihəsinin reallaşması nəticəsində ölkə iqtisadiyyatına 417 milyon manat investisiya yatırılacağı, 45 yeni iş yerinin açılacağı nəzərdə tutulur.

Azərbaycan Respublikası Prezidentinin 1 fevral 2024-cü il tarixli Fərmanı ilə təsdiq edilmiş “İnvestisiya təşviqi sənədinin verilməsi nəzərdə tutulan strateji investisiya layihələrinin istiqamətləri” çərçivəsində ilk investisiya təşviqi sənədi bərpa olunan enerji istehsalı sahəsi üzrə “Acva Pover Azərbaycan Renevable Energy” MMC-yə verilib. 

Şirkətin investisiya təşviqi sənədi verilmiş “240 MW/s gücündə bərpa olunan elektrik enerjisinin (külək enerjisi) istehsalı” layihəsi Xızı və Abşeron rayonlarını əhatə edir. Layihənin reallaşması nəticəsində ölkə iqtisadiyyatına təqribən 417 milyon manat investisiya yatırılacağı, 45 yeni iş yerinin açılacağı nəzərdə tutulur. 

İnvestisiya təşviqi sənədi “ACWA Power” şirkətinin İdarə Heyətinin sədri Məhəmməd Abunayyana “Bakı KOB evi”ndə təqdim edilib. Qeyd edilib ki, Azərbaycanda “yaşıl iqtisadiyyat”ın inkişafına xüsusi diqqət yetirilir və bu baxımdan bərpa olunan enerji layihələri əhəmiyyətlidir. 2024-cü ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un bu il ölkəmizdə keçirilməsi Azərbaycanın “yaşıl iqtisadiyyat”ın inkişafına verdiyi önəmin göstəricisidir. “Yaşıl iqtisadiyyat” və “yaşıl innovasiya” KOB-ların məhsuldarlığının artırılmasında, əməliyyat xərclərinin azalmasında və rəqabət qabiliyyətinin artırılmasında önəmlidir. 

“ACWA Power” şirkətinin nümayəndələri həmçinin “Bakı KOB evi”ndə startaplar üçün yaradılmış şəraitlə tanış olublar.

Qeyd edək ki, investisiya təşviqi sənədi hüquqi şəxslərə və fərdi sahibkarlara Azərbaycan Respublikasının Vergi Məcəlləsində və “Gömrük tarifi haqqında” Qanunda müəyyən edilmiş güzəştləri əldə etməyə əsas verən sənəddir. İnvestisiya təşviqi sənədini almış sahibkarlar 7 il müddətində mənfəət və ya gəlir vergisinin 50 faizindən, əmlak və torpaq vergisindən, həmçinin idxal etdikləri texnika, texnoloji avadanlıq və qurğuların idxalı üçün ödənilən ƏDV-dən və gömrük rüsumundan azad edilir. Sahibkarlar investisiya təşviqi sənədini almaq üçün İqtisadiyyat Nazirliyinə, eləcə də nazirliyin KOB evlərində (Bakı, Xaçmaz və Yevlax şəhərlərində yerləşir) fəaliyyət göstərən xidmət pəncərəsinə müraciət edə bilərlər. 

Azərbaycan Respublikası Prezidentinin 1 fevral 2024-cü il traixli Fərmanına əsasən sahibkarların 13 istiqamət üzrə strateji investisiya layihələrinə investisiya təşviqi sənədinin verilməsi nəzərdə tutulur. Bu mexanizm sahibkarlara ölkə iqtisadiyyatının mühüm strateji sahələrinə daha çox sərmayə qoyuluşu üçün əlavə imkanlar yaradır.


     



18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
 
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment