1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Dünya xəbərləri


Azərbaycan turizmi imkanları MDB ölkələri üzrə tanıdılır
21.02.2024

Azərbaycan Turizm Bürosu fevralın 20-də Bakıda keçirilən “Luxury Travel Mart (Spring edition)" adlı silsilə tədbirdə təmsil olunub.

Tədbir çərçivəsində 25-ə yaxın B2B (Biznesdən-biznesə) formatlı görüş keçirilib, əməkdaşlıq əlaqələri qiymətləndirilib.

Görüşlər zamanı Azərbaycanda yaz-yay turizm mövsümü, Bakı və regionlarda fəaliyyət göstərən hotellər, müalicəvi kurortlar təbliğ edilib.

Həmçinin görüş iştirakçılarına ölkəmizdə keçiriləcək konsertlər və bu növ irimiqyaslı tədbirlər, Bakı və Bakıətrafı mədəni irs obyektlərinə ekskursiyalar haqqında məlumat verilib.

 Silsilə tədbirlər fevralın 23-də Özbəkistanın Daşkənd, fevralın 26-da Qazaxıstanın Almatı və 29 fevral - 1 mart tarixlərində Rusiya Federasiyasının Moskva şəhərində keçiriləcək.

Əsasən lüks turizm məhsullarının təklifinə istiqamətlənən tədbir çərçivəsində Rusiya, Qazaxıstan və Özbəkistanda fəaliyyət göstərən 60-dan çox şirkətlə B2B formatlı görüşlər təşkil ediləcək.

Görüşlərdə Azərbaycan Turizm Bürosu ilə yanaşı, "Şahdağ" Turizm Mərkəzi də təmsil olunacaq.

Qeyd edək ki, “Luxury Travel Mart (Spring edition)"da beşulduzlu hotellər və kurortlar, elit avtomobil, kruiz, yaxta və şəxsi təyyarələrin kirayəsi üzrə ixtisaslaşmış şirkətlər, destinasiya menecmenti təşkilatları və lüks istiqamətli turoperatorlar iştirak edirlər.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment