1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Fond birjası


Bakı Fond Birjasında “AzerGold” QSC-nin istiqrazlarının “Açılış Zəngi” tədbiri keçirilib
29.01.2024

29 yanvar 2024-cü il tarixində Bakı Fond Birjasında“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin(QSC) mütəşəkkil kapital bazarında yeni istiqrazlarının ticarətə buraxılması münasibətilə Açılış Zəngi tədbiri keçirilmişdir.

Mərasimdə “Bakı Fond Birjası” QSC-nin İdarə Heyətinin üzvü – baş kommersiya inzibatçısı Oqtay Qasımov, “AzerGold” QSC-nin maliyyə şöbəsinin müdiri Turan Hacıyev və “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-nin direktor müavini Vladimir Paxomov iştirak ediblər.

Qeyd olunub ki, “AzerGold” QSC-nin AZ2003019877 İSİN-li istiqrazlarının nominal dəyəri 100 ABŞ dolları, tədavül müddəti 3 il, ümumi məbləği 20,000,000(iyirmi milyon) ABŞ dolları olan istiqrazları illik 6% kupon dərəcəsi ilə emissiya edilməklə ölkəmizin qiymətli kağızlar bazarının inkişafına, vətəndaşlara mənfəətli və etibarlı investisiya imkanı yaratmağa xidmət edir.

Bildirilib ki, “AzerGold” QSC tərəfindən istiqrazlar yeni mədən layihələrinin icrası ilə bağlı alternativ maliyyə alətlərindən istifadə olunması məqsədilə ilk dəfə 2020-ci ildə Bakı Fond Birjasında hərrac üsulu ilə kütləvi ticarətə buraxılıb. “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-nin anderrayter qismində çıxış etdiyi “AzerGold” istiqrazları 3 illik tədavül müddəti ərzində investorlara 2,400,000 ABŞ dolları məbləğində faiz gəlirləri qazandırıb. 

Əlavə edilib ki, yeni istiqrazların tədavülü də kapital bazarında maliyyə alətlərinin şaxələndirilməsinə və investorlar üçün münbit sərmayə mühitinin formalaşdırılmasına mühüm töhfələr verəcək.

Mərasimin sonunda emitent – “AzerGold” QSC, “Bakı Fond Birjası” QSC və “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-nin nümayəndələri tərəfindən istiqrazların ilkin bazarda ticarətə buraxılışını simvolizə edən zəng çalınıb. Beləliklə, istiqrazların Bakı Fond Birjasının ticarət platformasında ticarətinə başlanılıb.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment