1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Dünya xəbərləri


“Kaspersky”nin məlumatların bərpası üçün pulsuz alətləri 360000 dəfədən çox yüklənib
25.01.2024

“No More Ransom” təşəbbüsü çərçivəsində “Kaspersky”nin pulsuz deşifrə alətləri beş il ərzində 360000 dəfədən çox yüklənib. Hazırda onların köməyi ilə 39 fidyə proqramı ailəsi tərəfindən kilidlənmiş faylların şifrəsini açmaq mümkündür.

Fidyə proqramı istifadəçi məlumatlarını şifrələyən, onu sahibi üçün əlçatmaz edən və onun kilidini açmaq üçün fidyə tələb edən zərərli proqramdır. Təcavüzkarlar bu cür proqramların yeni versiyalarını inanılmaz sürətlə inkişaf etdirirlər. Belə ki, 2022-ci ilin noyabrından 2023-cü ilin oktyabrına qədər “Kaspersky”tərəfindən 23364 fidyə proqramı modifikasiyası müəyyən edilib və bu cür zərərli proqramların 43 yeni ailəsi aşkar edilib.

“Kaspersky” 2016-cı ildə Europol və Hollandiya polisinin iştirakı ilə başladılanfidyə proqramları ilə mübarizə təşəbbüsü “No More Ransom”un təsisçi tərəfdaşlarından biridir. Təşəbbüsün iştirakçıları fidyə proqramlarının hücumları ilə bağlı risklər və onlara qarşı mübarizə aparmaq üçün ən yaxşı təcrübələr haqqında danışaraq deşifrə alətləri hazırlayırlar. 2023-cü ilin mart ayında “Kaspersky” əvvəllər sızdırılmış “Conti” proqramının koduna əsaslanan fidyə proqramı modifikasiyalarının qurbanlarına kömək etmək üçün deşifrə alətinin yeni versiyasını buraxıb.

“Kibertəhdidlər inkişaf etdikcə, dövlət və özəl təşkilatlar arasında əməkdaşlığın əhəmiyyəti daha da artır. “No More Ransom” layihəsi və https://noransom.kaspersky.com/ru/ saytı kollektiv səylərin vəziyyəti yaxşılığa doğru necə dəyişdirə biləcəyinə nümunədir. Biz qəti şəkildə tövsiyə edirik ki, bu cür zərərli proqramların qurbanı olmuş insanlar və şirkətlər fidyə ödəməsinlər, əvəzində qiymətli fayllara girişi bərpa etmək üçün pulsuz vasitələrdən istifadə etsinlər”, -deyə “Kaspersky”nin hökumətlə əlaqələr üzrə direktoru Yuliya Şlıçkova qeyd edir.

Fidyə proqramları ilə mübarizə, həmçinin “No More Ransom” təşəbbüsü haqqında daha çox məlumatı buradan əldə edə bilərsiniz. “Kaspersky”nin məlumatlara girişi bərpa üçün alətləri bu səhifədə mövcuddur:https://noransom.kaspersky.com.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment