1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Dünya xəbərləri


Məkkə Halal Forumunda “Azərbaycan stendləri” maraqla qarşılanıb
24.01.2024

Yanvarın 23-25-dək Səudiyyə Ərəbistanının Məkkə şəhərində Məkkə Halal Forumu keçirilir. Forumda Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayevin rəhbərliyi ilə qida, parfümeriya, xidmət sektorlarının təmsil edən sahibkarlar iştirak edirlər. Forum çərçivəsində keçirilən Məkkə Halal Sərgisində Azərbaycan Sahibkarlar Konfederasiyasının və Kiçik Orta Biznesin İnkişafı Agentliyinin sərgi stendləri də fəaliyyət göstərir. Stendlər sərgiyə gələn ziyarətçilər tərəfindən maraqla qarşılanıb.

Səudiyyə Ərəbistanının Məkkə Beynəlxalq Konfrans Mərkəzində Səudiyyə Ticarət Naziri Əlahəzrət Dr. Məcid bin Abdulla al-Qəsəbinin rəhbərliyi ilə keçirilən Forumun ilk panelində Azərbaycan Sahibkarlar Konfederasiyasının Baş katibi Natəvan Məmmədova çıxış edib. O, Azərbaycanda halal standartların tətbiqi perspektivləri, bu sahədə görülən işlər, xüsusən də İslam Əməkdaşlıq Təşkilatı ilə qurulan əlaqələrdən danışıb. N.Məmmədova ölkəmizin yerləşdiyi əlverişli coğrafi mövqeyinə toxunaraq, böyük müsəlman dövlətləri ilə həmsərhəd olduğunu vurğulayıb. Xüsusən də Orta Asiyada yaşayan 70 milyon müsəlmanla eyni kökə malik olduğunu, həmçinin Rusiya ərazisində yaşayan 30 milyona yaxın müsəlman xalqlarının daha çox cəmləşdiyi Cənubi Qafqazda yerləşdiyini nəzərə alsaq, Azərbaycana bu coğrafiyada “Halal təyinat nöqtəsi” kimi baxmağı təklif edib.

Qeyd edək ki, Məkkə Halal Forumu dünyanın hər bir yerindən halal bazarda böyük təsirə  malik iştirakçıları bir araya gətirən yeganə və mötəbər tədbirdir. Forum sərgi, mükafatlandırma, 40 sessiya və seminarlar, B2B görüşləri, şəbəkələndirmə üçün imkanların yaradılması, bilik paylaşması və biznesin artımına həsr edilən bölmələrdən ibarətdir.



 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment