1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Valyuta mübadilə məntəqələri tərəfindən nağd mübadilə əməliyyatlarının aparılmasının tənzimlənməsinə dair MƏLUMAT
26.12.2023

2023-cü ilin iyul ayında “Valyuta tənzimi haqqında” Qanuna edilmiş dəyişikliklərin davamı olaraq, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 2023-cü il 11 dekabr tarixli Qərarı ilə “Valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər tərəfindən valyuta mübadiləsi əməliyyatlarının aparılması və valyuta mübadiləsi fəaliyyətinə nəzarət Qaydası” (Qayda) təsdiq olunmuşdur.

Qeyd olunan sənədlə yanaşı, müvafiq Qərarla, “Valyuta mübadiləsi fəaliyyətinə lisenziyanın (lisenziyanın əlavəsinin) alınması üçün ərizə forması” və “Valyuta mübadiləsi fəaliyyətinin həyata keçirilməsi üçün nizamnamə (şərikli) kapitalının minimum miqdarı, girov vəsaitinin məbləği və geri alınmasına dair rəyin forması ilə bağlı Tələblər” də qəbul edilmişdir.

Mərkəzi Bankın İdarə Heyətinin müvafiq Qərarına əsasən, 2023-cü ilin 23 dekabr tarixdən etibarən sözügedən sənədlər qüvvəyə minmiş və keçmiş Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının müvafiq qərarları ləğv edilmişdir.

Dəyişikliklərin əsas məqsədi valyuta mübadiləsi əməliyyatlarının daha institusional, təşkilatlanmış və təhlükəsiz qaydada həyata keçirilməsi üçün hüquqi bazanın yaradılmasından ibarətdir. Qanunvericiliyə əsasən valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər tərəfindən xarici valyutanın alqı-satqısının yalnız nağd qaydada və fiziki şəxs müştərilərin sifarişi ilə həyata keçirilməsi mümkündür.

Yeni tələblərə əsasən, valyuta mübadiləsi xidmətlərini təqdim edəcək hüquqi şəxslər üzrə kapital tələbinin regional differesiallaşdırılması aparılmış, Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarının işğaldan azad edilmiş ərazilərində əhalinin maliyyə xidmətlərinə əlçatanlığının təmin edilməsi məqsədlərinə uyğun olaraq bu fəaliyyətin həmin ərazilərdə təşkili üzrə müvafiq kapital tələbləri minimal səviyyədə müəyyən edilmişdir. Həmçinin, girov vəsaitinə dair tələblər də yenilənərək, minimum nizamnamə kapitalının 10%-i məbləğində müəyyən edilmişdir.

Bundan əlavə, Qayda ilə valyuta mübadilə məntəqələri üzrə təşkilati, texniki təchizat və təhlükəsizlik tələbləri yenilənmiş, cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə üzrə daxili nəzarət proqramları üzrə əlavə tələb irəli sürülmüş, digər bir sıra yeni tələblər müəyyən edilmişdir.

Qeyd edək ki, hazırda Azərbaycan Respublikası Mərkəzi Bankının lisenziyası əsasında 5 sayda valyuta mübadiləsi məntəqəsi fəaliyyət göstərir. Həmin təşkilatlar yeni Qayda ilə müəyyən edilmiş minimum nizamnamə (şərikli) kapitalının formalaşdırılması, habelə girov vəsaitinin məbləğinin yerləşdirilməsi ilə bağlı tələblərə 6 (altı) ay ərzində uyğunlaşmanı təmin etməlidirlər.

Qaydalarla aşağıdakı link vasitəsilə tanış olmaq olar:

Qaydalar - https://uploads.cbar.az/assets/5cfd1fefaa00f3339e2d6a028.pdf

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment