1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


“Maliyyə bazarları sektorunda kibertəhlükəsizlik” mövzusu üzrə dəyirmi masa formatında müzakirə keçirilib
25.12.2023

22 dekabr 2023-cü il tarixində Azərbaycan Banklar Assosiasiyası (ABA) və Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) birgə təşkilatçılığı ilə “Maliyyə bazarları sektorunda kibertəhlükəsizlik” mövzusuna həsr olunmuş dəyirmi masa formatında görüş keçirilib.

Maliyyə bazarları sektorunda kibertəhlükəsizliyin təmin edilməsi, o cümlədən mövcud təhdidlər və onlarla mübarizə məsələlərinin müzakirəsinə həsr edilmiş görüşdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti, Azərbaycan Respublikasının Mərkəzi Bankı, ABA, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, Elektron Təhlükəsizlik Xidməti, AKTA eləcə də 20-dən çox bank və kredit təşkilatlarının sahə üzrə məsul rəhbər şəxsləri və nümayəndələri iştirak ediblər.

Dəyirmi masa formatında keçirilən görüş zamanı sahə üzrə normativ tənzimləmə mexanizmlərinin, eləcə də kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi sahəsində mövcud qanunvericiliyin tətbiq olunması, habelə müvafiq strategiya və tədbirlər planlarının icra olunması, o cümlədən kibertəhdidlərə qarşı mübarizə, kiberinsidentlərin idarə olunması, kibertəhlükəsizlik üzrə yerli məhsul və həllərin hazırlanması, məlumat mübadiləsinin təşkili və maarifləndirmə tədbirlərinin həyata keçirilməsi ilə əlaqədar qarşıya çıxan məsələlər ətrafında müzakirələr aparılıb, bir sıra təkliflər səsləndirilib.

Müzakirə olunan məsələlərin aktuallığı və həlli üçün daha kompleks yanaşmanı şərtləndirməsi, kibertəhdidlərin və kibercinayətkarlığın dinamikası, eləcə də sahə üzrə normativ tənzimləmə mexanizmlərinin tətbiq olunması ilə əlaqədar qarşıya çıxan məsələlərin aidiyyəti tərəflərin iştirakı ilə müzakirə olunmasının əhəmiyyəti nəzərə alınaraq, gələcəkdə bu cür görüşlərin sayının artırılması məqsədəuyğun hesab olunub.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment