1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Şəki şəhərində “Daşınar əmlak əsaslı maliyyələşmə günü” keçirilmişdir
25.12.2023

Maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi, xüsusilə də regionlarda maliyyə əlçatanlığının artırılması məqsədilə daşınar əmlak əsaslı maliyyələşmə istiqamətində Mərkəzi Bank tərəfindən ardıcıl tədbirlər həyata keçirilməkdədir.

Daşınar əmlak əsaslı maliyyələşmə imkanlarının artırılması, kiçik və orta sahibkarlıq (KOS) subyektlərinin maliyyə savadlılığının yüksəldilməsi, həmçinin sahibkarların bu istiqamətdə üzləşdikləri çətinliklərin birgə müzakirə edilməsi məqsədilə Mərkəzi Bankın təşəbbüsü və Şəki şəhər İcra Hakimiyyətinin dəstəyi ilə “Daşınar əmlak əsaslı maliyyələşmə günü”adlı tədbir keçirilmişdir.

Tədbir çərçivəsində Beynəlxalq Maliyyə Korporasiyası, İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Aqrar Sığorta Fondu və Azərbaycan Banklar Assosiasiyası tərəfindən daşınar əmlaka əsaslanan kreditləşmə üzrə beynəlxalq trendlər, ölkəmizdə heyvandarlığın, bitkiçiliyin, akvakulturanın sığortalanması mexanizmləri, KOS-ların qarşısında duran çətinliklər və imkanlara həsr olunmuş mövzularda 60-dan çox sahibkar və kredit təşkilatlarının nümayəndələrinə müvafiq təqdimatlar edilmişdir.

Tədbirin davamı olaraq kredit yarmarkası keçirilmiş və yarmarkada regionda fəaliyyət göstərən bank və bank olmayan kredit təşkilatlarının filialları tərəfindən daşınar əmlak əsaslı maliyyələşmə məhsulları KOS subyektərinə təqdim edilmiş, kredit müraciətləri yerində qeydiyyata alınmış və aidiyyəti üzrə suallar cavablandırılmışdır.

Bildiririk ki, Mərkəzi Bank daşınar əmlakı girov qoyaraq kredit almaq imkanlarının artırılması, bu istiqamətdə hüquqi və texnoloji əsasların davamlı aktuallaşdırılması və bununla da KOS subyektərinin maliyyə vəsaitlərinə əlçatanlığının yaxşılaşdırılması istiqamətində aidiyyəti təşkilatlarla sıx əməkdaşlıq etməkdədir. Belə ki, cari il ərzində daşınar əmlak əsaslı yüklülük müqavilələrinin sayı 2 dəfə artımış və yüklülük müqavilələrinin sayı 200 mini keçmişdir.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment