1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Türkiyənin ticarət naziri “Bakı KOB evi”ndə olub
21.12.2023

Türkiyənin ticarət naziri “Bakı KOB evi”ndə olub 

“Bakı KOB evi”nin fəaliyyəti ilə tanış olan Türkiyənin ticarət nazirinə KOB evlərinin biznesin işini asanlaşdırması, bu sahədə nəzərdə tutulan yeniliklər barədə məlumat verilib.

Ölkəmizə səfəri çərçivəsində Türkiyə Respublikasının ticarət naziri Ömər Bolatın rəhbərlik etdiyi nümayəndə heyəti “Bakı KOB evi”ndə olub, burada sahibkarlara vahid məkanda xidmətlərin təşkili üçün yaradılmış şəraitlə tanış olub.

İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Türkiyə nümayəndə heyətinə KOB evi konsepsiyası, məqsədləri, KOB evlərinin biznesin işini asanlaşdırması, bu sahədə nəzərdə tutulan yeniliklər barədə məlumat veriblər. Qeyd edilib ki, biznesə göstərilən dövlət xidmətlərinin yaxşılaşdırılması, bu xidmətlərə asan və rahat çıxışın təmin olunması, sahibkar məmnunluğunun artırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanlarına əsasən KOBİA-nın tərkibində KOB evləri yaradılıb. KOB evlərinin məqsədi sahibkarlara operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsiplərinə uyğun olaraq dövlət və özəl qurumların xidmətlərinin vahid məkanda təqdim edilməsidir. Bu sahibkarın vaxtına qənaet edir, əməliyyat xərclərini azaldır, xidmətlərin şəffaf və operativ təşkili sahibkar məmnunluğunu artırır, xidmət səviyyəsini ölçüləbilən edir. Sahibkarlar biznes fəaliyyəti üçün zəruri olan biznesin qeydiyyatı, lisenziya və icazələrin alınması, biznes planın hazırlanması, güzəştli maliyyə vəsaitlərinə çıxış, vergi, gömrük, kommunal xidmətlərə qoşulmaq, bank, sığorta, notarius və digər xidmətlər üçün KOB evlərinə müraciət edə bilərlər.

KOB evi ilə tanışlıq zamanı həmçinin, dövlət və özəl qurumlar tərəfindən sahibkarlara xidmətlərin göstərilməsinə, bu sahədə müasir texnologiya və innovasiyaların tətbiqinə dair fikir mübadiləsi aparılıb.

Türkiyə nümayəndə heyəti öz növbəsində “Bakı KOB evi” təcrübəsinin onlarda müsbət təəssürat yaratdığını bildirib.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment