1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Sığorta


Maarifləndirmə işləri nəticəsində sığorta xidmətlərindən istifadə 57%-ə yüksəlib
15.12.2023

“Azərbaycan Respublikasının Mərkəzi Bankı, Azərbaycan Sığortaçılar Assosiasiyası və İcbari Sığorta Bürosu arasında imzalanmış “Sığorta savadlılığının artırılması, maarifləndirmə, təbliğat və qarşısıalınma tədbirlərinin sistemli və ardıcıl həyata keçirilməsinə dair qarşılıqlı əməkdaşlıq haqqında” Memorandum çərçivəsində ümumrespublika səviyyəsində həyata keçirilən və 2021-2023-cü illəri əhatə edən sığorta maarifləndirməsi layihəsinə yekun vurulub”.

Bu barədə Azərbaycan Sığortaçılar Assosiasiyası və İcbari Sığorta Bürosu birgə məlumat yayıb. Məlumatda qeyd olunur ki, Memorandum tərəflərinin və sığorta şirkətlərinin iştirakı ilə layihənin yekunlarına həsr olunmuş hesabat konfransı keçirilib. Konfransda 2021-2023-cü illərdə ümumrespublika səviyyəsində sığorta maarifləndirməsi ilə bağlı görülən işlər haqqında təqdimat nümayiş olunub. Bildirilib ki, layihə “Risk fərqindəliyinin formalaşdırılması”, “Ayrı-ayrı sığorta növ və məhsullarının tanıdılması” və “Sığortalının hüquq və vəzifələri” mərhələlərindən ibarət olub.

Müvafiq mərhələlər çərçivəsində görülən işlər 360° kommunikasiya yanaşması ilə icra edilib. Belə ki, layihə müddəti ərzində KİV-də, sosial şəbəkələrdə məlumatlandırıcı materiallarla, xidmət və ticarət müəssisələrində, açıq və qapalı məkanlarda, habelə yaşayış və qeyri-yaşayış obyektlərində maarifləndirici vasitələrlə geniş təbliğat tədbirləri təşkil olunub. Layihə çərçivəsində dünyada ilk dəfə Azərbaycanda, paytaxt Bakı da daxil olmaqla 10 ən böyük şəhərdə ümumilikdə 75 min nəfərdən çox vətəndaşın iştirak etdiyi “Sığorta Festivalı” təşkil edilib. Layihə çərçivəsində həmçinin media nümayəndələri üçün silsilə sığorta təlimləri və yazı müsabiqələri də həyata keçirilib.

Hesabat konfransında həmçinin, maarifləndirmə layihəsinin sektora təsirlərinin ölçülməsi məqsədilə 1190 nəfər arasında aparılmış sorğu-tədqiqat nəticələri də nümayiş etdirilib. 2021-ci illə müqayisəli nəticələrə görə, 2023-cü ildə 3 il ərzində aparılmış maarifləndirmə və təbliğat işlərinin nəticəsində sığortaya inam əhalidə 34%-ə yüksəlib, biznes subyektlərində isə bu 39% təşkil edib. Sorğu nəticələrinə görə, əhalinin 46%-i, biznes subyektlərinin isə 50%-i hadisə baş verərsə sığortanın kömək ola biləcəyinə inandığını bildirib. Həmçinin sorğuda o da məlum olub ki, əhalinin 57%-i, biznes subyektlərinin isə 64%-i sığorta xidmətlərindən müntəzəm olaraq istifadə edir. Sorğuda əhalinin 43%-i, biznes subyektlərinin isə 45%-i sığorta xidmətlərini tam əlçatan hesab edib.

Konfransda, görülən işlərin effektivliyinin artırılmasında davamlılığın vacib rol oynadığı əsas gətirilərək maarifləndirmə layihəsinin növbəti 3 il ərzində də davam etdirilməsi ilə bağlı razılığa gəlinib.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment