Mərkəzi Gömrük Hospitalının Mərkəzi Gömrük Hospitalının Anesteziologiya, Reanimasiya və İntensiv Terapiya şöbəsinin 1-cü kurs həkim-rezidenti Selcan Həsənli 16 dekabr 2023-cü il tarixində saat 12.30-da “Ağciyər tromboemboliyasının diaqnostikası və ilkin menecmenti” mövzusunda çıxış edəcək.
Mərkəzi Gömrük Hospitalının konfrans zalında əyani və zoom vasitəsilə gerçəkləşdiriləcək bu seminarda Mərkəzi Gömrük Hospitalının əməkdaşları, müxtəlif tibb müəssisələrində çalışan mütəxəssislər, reanimatolqlar, təcili yardım həkimləri, habelə həkim-rezidentlər və tibb tələbələri iştiraka dəvətlidir.
İştirak üçün aşağıdakı keçiddən qeydiyyata düşmək tələb olunur. Qeydiyyatdan keçən tibb mütəxəssislərinə telefon və ya e-mail vasitəsilə təsdiq məktubu göndəriləcək. Virtual qoşulmaq istəyənlər üçün isə Zoom link göndəriləcəkdir. Qeydiyyat üçün keçid: https://ref.az/tD2xfs.