1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


“Heydər Əliyev 100 - Bir millət, iki dövlətin iş dünyası” mövzusunda konfrans və Ümumi yığıncaq barədə mətbuat üçün açıqlama
13.12.2023

“AZƏRBAYCAN TÜRKİYƏ İŞ ADAMLARI BİRLİYİ”  Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevin 2023-cü ili “Heydər Əliyev ili” elan etməsi ilə əlaqədar  “Tədbirlər Planı”na uyğun olaraq “Heydər Əliyev 100 - Bir millət, iki dövlətin iş dünyası” Mövzusunda konfrans təşkil etdi.

Tədbir iki ölkənin dövlət himnlərinin səsləndirilməsi, Ulu Öndərlər Heydər Əliyev və Mustafa Kamal Atatürkün, iki ölkən şəhidlərinin xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başladı. Konfransı giriş  sözü ilə açan səfir doç. Dr. Cahit Bağçı bildirib ki, 2023-cü ilin ilk 10 ayında Türkiyə ilə Azərbaycan arasında ticarət həcmi 6,7 milyarddır və bu ilin sonuna bu rəqəmin 7,5 milyard dollara çatacağını proqnozlaşdırıldırılılr. Səfir, həmçinin Türkiyənin neft və təbii qaza olan tələbatının ödənilməsi baxımından qardaş ölkə Azərbaycanın birinci yerə yüksəldiyini və digər tərəfdən Azərbaycanın qərbə enerji ixracında Türkiyənin mühüm körpü olduğunu qeyd edib. 

Cənab Səfir ATİB-in son 9 ildə sədri olmuş Cemal Yangına Azərbaycan-Türkiyə ticari əlaqələrin inkişafı baxımından gördüyü işlərə görə minnətdarlığını bildirərək, bundan sonrakı fəaliyyətində uğurlar arzuladı.

Daha sonra Şimali Kipr Türk Cümhuriyyətinin Bakıdakı nümayəndəliyinin təmsilçisi xanım Ufuk Turganer, İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədrinin birinci müavini Natiq Həsənov, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli, Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, millət vəkili Vahid Əhmədov, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin, eləcə də Mədəniyyət Komitəsinin üzvü, Millət vəkili Cavanşir Feyziyev, Millət vəkili, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini, elmlər doktoru, professor xanım Jalə Əliyeva, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, professor Ədalət Muradov çıxış edərək Azərbaycan Türkiyə əlaqələrinin inkişafında Heydər Əliyevin əvəzsiz rolundan bəhs etdilər. Onlar Azərbaycan və Türkiyə arasında sosial-iqtisadi əlaqələrinin inkişafı, əhəmiyyəti, iki ölkənin biznes qurumlarının əməkdaşlığı barədə məlumat verərək, ATİB-in fəaliyyətində uğurlar arzu ediblər.

Konfransdan sonra  Azərbaycan Türkiyə İş Adamları Birliyinin (ATİB) Ümumi Yığıncağı keçirildi.

Prosedura uyğun olaraq iştirakçılar tərəfindən iclasın sədri və katibləri seçilib. Şəffaf və demokratik şəraitdə keçirilən seçkilərin nəticəsi olaraq sədr Sami Acarözmen, katiblər isə Gülnar Şirinova və Nəzər Emin təyin olunub. 

Gündəliyə uyğun olaraq ATİB İdarə Heyətinin sədri Cemal Yangın İdarə Heyətinin 2022-2023-cü il üzrə fəaliyyət hesabatını təqdim edib.

Daha sonra Təftiş komissiyasının sədri Səbuhi Əbülhəsənli 2022-2023-cü il üzrə maliyyə hesabatları barədə komissiyanın rəyini təqdim edib.

Bundan sonra İdarə Heyətinə sədr və yeni üzvlər seçilməsi məsələsinə baxıldı. Ümumi Yığıncaq iştirakçıları idarə heyətinə sədr və üzvlüyə namizədlər üçün təkliflər irəli sürdülər. Nizamnaməyə əsasən Cemal Yangının artıq fəaliyyət müddəti başa çatdığına görə yenidən namizədliyini irəli sürmək səlahiyyəti bitmişdi. Tək namizəd olaraq seçkidə iştirak edən Mürsəl Rüstəmov növbəti üç il üçün yekdilliklə ATİB İdarə Heyətinə sədr seçildi. Bununla da ATİB İdarə Heyəti növbəti üç il üçün fəaliyyətini aşağıdakı tərkibdə davam etdirəcəkdir:

1.  Mürsəl Rüstəmov - İdarə Heyətinin sədri -Positive Consulting

2. Azər Hətəmov - İdarə Heyətinin üzvü– “Anadolu Vizyonu Kurs Destek Ve Turizm Sanayi Ticaret Anonim Şirketi”- nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi 

3. Rəna Məmmədova - İdarə Heyətinin üzvü - Azərbaycan Koka Kola Bottlers Ltd. MMC 

4. Kaya Karslı - İdarə Heyətinin üzvü - Istanbul Reklam Market MMC 

5. Rafiq Qarayev - İdarə Heyətinin üzvü - RR Group of Companies MMC

6. Tahsin Gündem - İdarə Heyətinin üzvü - Nareks MMC 

7. Muhammed Güven- İdarə Heyətinin üzvü - “MGM Group 

8. Sürəyya Verdiyeva – İdarə Heyətinin üzvü –TAC MMC 

9. Erdem Ercin- Norm Otomasyon

Nizamnaməyə uyğun olaraq İdarə heyətininin səlahiyyət müddəti başa çatmış şəxslərdən ibarət Məsləhət Şurası formalaşır və  məsləhət şurasının fəxri sədri sonuncu dəfə İdarə heyətinə rəhbərlik edən şəxs olur. Ona görə də Cemal Yangın məsləhət şurasının fəxri sədri oldu.

Seçkidən sonra ATİB İdarə heyətinin yeni sədri  Mürsəl Rüstəmov çıxış edərək, Cemal Yangına əvvəlki illərdə göstərdiyi əvəzsiz fəaliyyətinə görə öz minnətdarlığını bildirdi. Daha sonra 2024-cü il üçün büdcəni təqdim  edərək, ATİB-in inkişafı naminə əlindən gələni əsirgəməyəciyini qeyd etdi.  Mürsəl Rüstəmov Ümumi Yığıncaq iştirakçılarına təşəkkür edərək onların etimadını layiqincə doğruldacağını vurğuladı və yeni idarə heyətinə uğurlar arzuladı.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment