1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Dünya xəbərləri


ABA-nın prezidenti FİNTEX SAMMİT İSTANBUL 2023 (MALİYYƏ VƏ TEXNOLOGİYALAR EXPO) tədbirində açılış nitqi ilə çıxış edib
06.12.2023

05 dekabr 2023-cü il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyev ABA ilə Türkiyə Banklar Birliyinin təşkilatçılığı, VISA ilə tərəfdaşlıq çərçivəsində keçirilən FİNTEX SAMMİT İSTANBUL 2023 (MALİYYƏ VƏ TEXNOLOGİYALAR EXPO) tədbirində açılış nitqi ilə çıxış edib.

Onun sözlərinə əsasən türk dünyası ölkələrinin güclənməsi, nüfuzunun artması türk dövlətlərinin, həmçinin onların bank sektorlarının bir təşkilat altında birləşməsi və qarşılıqlı əlaqələrini daha da möhkəmləndirməsi dünyada gedən mürəkkəb proseslərin fonunda olduqca böyük önəmə sahibdir: “Bu tədbir də türkdilli ölkələrin bank sisteminin və onların banklar assosiasiyalarının güclənən münasibətlərinin bir təzahürü və növbəti mərhələsinin başlanğıcıdır”, – deyə ABA-nın prezidenti qeyd edib.

Zakir Nuriyev Türkdilli Dövlətlərin Banklar Assosiasiyaları Şurası haqqında tədbir iştirakçılarına məlumat verərək bildirib ki, hazırda bura üzv və müşahidəçi dövlətlərin sayı 7-dir: Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Macarıstan və Şimali Kipr Türk Respublikası”.

“Bu ölkələrin 2022-ci il üçün cəmi ÜDM-i 1.5 trilyon dollar təşkil edir ki, bu da qlobal məhsul buraxılışının 1.6%-idir. 2022-ci ildə bu ölkələrin ticarət dövriyyəsi isə dünya ticarətinin 2.4%-nə yəni təqribən 1.2 trilyon dollarlıq hissəsinə bərabərdir. 7 ölkədə hazırda 200-dən çox bank fəaliyyət göstərməkdədir və cari ilin I yarısının nəticələrinə əsasən onların cəmi aktivlərinin həcmi 1.1 trilyon dolları keçməkdədir”, – deyə o, türkdilli ölkələrin makroiqtisadi göstəriciləri və bank sektoru üzrə statistikası haqqında danışan zaman qeyd edib.

Azərbaycan banklarının türkdilli ölkələr ilə müxbir münasibətlərindən danışan Zakir Nuriyev qeyd edib ki, güclü ticarət əlaqələri sıx maliyyə münasibətlərinə səbəb olmaqdadır: “Bunun bir təzahürü də özünü müxbir münasibətlərdə göstərməkdədir. Cari ilin avqust ayına olan məlumata görə Azərbaycan banklarının digər 6 ölkədəki banklarda 44-ə qədər müxbir hesabları mövcuddur”.

Daha sonra ABA-nın prezidenti Azərbaycanın bank sektorunun statistik göstəriciləri, rəqəmsallaşma üzrə qlobal trendlər və Azərbaycanda rəqəmsallaşma üzrə görülən işlər haqqında konfrans iştirakçılarına məlumat verib.

Qeyd edək ki, Sammit 5-6 dekabr 2023-cü il tarixində, Türkiyənin İstanbul şəhərində, Wyndham Grand Istanbul Levent mehmanxanasında keçiriləcək. Sammitin mövzusu “Bank və Maliyyə Ekosistemində Yeni Trendlər: İnnovativ Həllər, FinTex və Təhlükəsizlik”dir.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment