1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Sığorta


Aqrar Sığorta Fondu Şəkidə fermerlərə - SIĞORTA ÖDƏNİŞLƏRİNƏ BAŞLAYIB
04.12.2023

Aqrar Sığorta Fondu Şəki rayonunda baş vermiş təbiət hadisələri nəticəsində fermerlərə ödənişlərin verilməsinə başlayıb. 

Hadisə baş verən əkin sahələrinə Aqrar Sığotra Fondunun təyin etdiyi müstəqil aqrar sığorta ekspertləri tərəfindən 2 dəfə baxış keçirilib, əkin sahələrinə dəyən zərər hesablanıb və sığorta ödənişi təyin edilib. 

Əkin sahəsində sığorta hadisəsi baş verən fermerlərə Aqrar Sığorta Fondu tərəfindən müvafiq SMS bildirişlər göndərilib. 

Ödəniş barədə SMS alan Şəki fermerləri Aqrar Sığorta Fondunun Şəki rayonundakı filialına müraciət edərək sığota tələbi üçün razılıq ərizəsi və bank rekvizitlərini təqdim edirlər. 

Aqrar Sığorta Fondunun Şəki filialının əməkdaşları və aqrar sığorta könüllüləri fermerlərə bu məsələlərdə dəstək göstərirlər. 

Qeyd edək ki, Şəki rayonu Azərbaycanda aqrar sığortadan ən çox faydalanan rayonlardandır. Həm kənd təsərrüfatı ilə məşğul olaların sayının çox olması, həm də iqliminin qeyri-sabit keçməsi səbəbindən rayonda çox tez-tez aqrar sığorta hadisələri, əkin sahəsinə zərərlər qeydə alınır. 

Bu il də baş verən təbiət hadisələri - qasırğa, fırtına, sel-subasma və dolu səbəbindən əkin sahələrinə çoxsaylı zərərlər dəyib və Aqrar Sığorta Fondu bu zərərlərin ödənişinə başlayıb. 

İlkin məlumatlara görə, bu il Şəkidə 800 torpaq sahəsində hadisə qeydə alınıb, bu hadisələr üzrə gözlənilən ödənişlərin ümumi məbləği təqribən 800 min manat təşkpl edəcək. 

Xatırladaq ki, 2022-ci ildə də Şəkidə böyük sayda sığorta hadisələri qeydə alınıb və ödəniş verilib. Belə ki, ötən il rayonda 185 fermerə ümumilikdə 500 min manat ödəniş edilib. Bu il isə həm ödəniş edilən fermerlərin sayı, həm də ödənişitn məbləği kəskin artıb. 

Qeyd edək ki, Aqrar Sığorta Fondu ümumilikdə 48 bitki üzrə 29 riski sığorta edir. Taxıl bitkiləri və meyvə bağları ilə yanaşı, tərəvəzlər, tinglər, ağac və kollar da sığortalanır. 

Bura demək olar ki, bütün əsas hadisələr – dolu, qasırğa, fırtına, sel subasma, zərərvericilərin hücumu, 3-cü şəxsin hərəkətləri və sair aiddir. 

Sığorta haqqı isə olduqca sərfəlidir - çünki bu məbləğin 50%-ni fermerə dəstək üçün dövlət ödəyir. 

Nəticədə Şəki-Zaqatala bölgəsində, məsələn, 1000 manatlıq taxıl məhsulunun sığortalanması fermerə cəmi 20-22 manata başa gəlir. 

Aqrar Sığorta Fondu kənd təsərrüfatı heyvanları və balıqçılıq təsərrüfatlarını da sığorta edir. Məsələn, 1000 manatlıq inəyin sığortası 31 manata, 300 manatlıq qoyunun sığortası isə 9 manata başa gəlir. 

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment