Azərbaycan Bank Tədris Mərkəzinin (ABTC) təşkilatçılığı, Azərbaycan Banklar Assosiasiyasının (ABA) dəstəyi ilə 22-24 noyabr 2023-cü il tarixində ABA-nın “Hüquq məsələləri üzrə Ekspert Qrupu”nun üzvlərinin, o cümlədən bankların bu istiqamətdəki digər rəhbər şəxslərinin Macarıstan səfəri baş tutmuşdur.
Səfər çərçivəsində iştirakçılar aşağıdakı mövzularla tanış olmuşlardır.
Problemli kreditlərlə bağlı məhkəməyədək və məhkəmə icraatı (iddia müddətləri daxil olmaqla), habelə icra təcrübəsi (bir kredit üzrə müxtəlif ölkələrdə yerləşən borclularla bağlı məhkəmə çəkişmələri və icra işləri də daxil olmaqla);
Banklar daxilində hüquqi və uyğunluq riskləri, yerli bankların vəzifə bölgüsünə necə nail olması, problemli kreditlərin məhkəmədənkənar həlli üsulları (arbitraj, vasitəçilik, ombudsman xidmətləri kimi);
Elektron məhkəmə sistemi və onun məlumat inteqrasiyası;
Bank fəaliyyətində korporativ idarəetmə standartlarının tətbiqi üzrə hüquqi baza və praktiki təcrübə;
Banklarda hüquqi risklərin idarə edilməsi;
Banklar daxilində hesabatlılığın yaradılmasında nəzərə alınan amillər;
Mülki qanunvericilikdə bank fəaliyyətini tənzimləyən qaydalar;
Müqavilə və biznes hüququ;
Yerli banklar məhkəmə çəkişmələri və müqavilələrin idarə edilməsi üzrə iş axınını necə rəqəmsallaşdırırlar;
Mərkəzi Bankın nəzarət funksiyası və Macarıstan Mərkəzi Bankı ilə özəl banklar arasında hüquqi qarşılıqlı əlaqə;
Elektron bankçılıq, distant bank xidmətlərinin göstərilməsi və rəqəmsallaşdırmanın hüquqi tənzimlənməsi və əsasları;
Qeyri-qanuni əməliyyatların hüquqi tənzimlənməsi (çirkli pulların yuyulmasına qarşı mübarizə – AML);
Bankda hüquqi və problemli kreditlər departamentləri daxilində struktur və vəzifə bölgüsündə nəzərə alınan amillər;
Məhkəmə perspektivinin öyrənilməsində süni intellektin tətbiqi;
Kreditin, o cümlədən sindikatlaşdırılmış kreditlərin hüquqi aspektləri;
Etibarnamə ilə bank əməliyyatlarının aparılması (məhdudiyyətlər və mövcud təcrübələr də daxil olmaqla).
Səfər çərçivəsində 24 nəfərlik geniş iştirakçı qrupu ilə aşağıdakı qurumların nümayəndələri ilə görüşlər təşkil edilmişdir:
Gránit Bank Plc;
OTP Bank Plc;
MBH Bank Plc;
UniCredit Bank Hungary Plc;
Raiffeisen Bank Plc;
Erste Bank Hungary Plc
Qeyd edək ki, Azərbaycan Bank Tədris Mərkəzi (ABTC) 2000-ci ildə Avropa Birliyi tərəfindən yaradılıb, Azərbaycan Banklar Assosiasiyasının törəmə müəssisəsidir. İndiyə qədər ABTC tərəfindən 250-a yaxın təlim mövzusu üzrə, 36 mindən çox dinləyiciyə 2500-ə yaxın təlim kursu təşkil edilmişdir.