1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Dünya xəbərləri


“Kaspersky” şirkəti özünün “Kaspersky VPN” məhsulunu əhəmiyyətli dərəcədə yeniləyib
27.11.2023

“Kaspersky” şirkəti özünün “Kaspersky VPN” məhsulunu əhəmiyyətli dərəcədə yeniləyib. Təkmilləşdirilmiş şifrləmə və “Catapult Hydra” və “WireGuard” kimi müasir VPN protokollarına əlavə olaraq, həlldə indi istifadəçinin trafikini IP ünvanına uyğunlaşdırmağı çətinləşdirən ikiqat VPN funksiyası əlavə edilib. Bundan əlavə, məkanların siyahısı genişləndirilib, indi onların sayı 100-dən çoxdur. 

“USENIX” Assosiasiyasının araşdırmasına görə, insanlar ilk növbədə onlayn məxfiliyi qorumaq üçün mütəmadi şəkildə VPN-lərdən istifadə edirlər. Respondentlərin əksəriyyəti şəxsi məlumatlarının təşkilatlar tərəfindən toplanacağından narahatdırlar. Zərərli proqramları yayan saytlardan da ehtiyatlanırlar. Araşdırmanın nəticələri göstərir ki, şəxsi məlumatların qorunması və təhlükəsizliyi hələ də istifadəçiləri narahat edən əsas mövzulardan biri olaraq qalır.

Məxfiliyin gücləndirilməsi. Yeni vacib xüsusiyyət ikiqat VPN-dir. Başqa bir təhlükəsizlik səviyyəsi trafikin müxtəlif yerlərdə iki serverdən keçməsi və müştəri ilə ara server arasında iki dəfə şifrələnməsi hesabına yaradılır. İkiqat VPN istifadəçinin trafikini onların IP ünvanı ilə əlaqələndirməyi xeyli çətinləşdirir.

Məhsuldarlıq və sürətin artırılması. İndi bazarda mövcud olan ən güclü VPN protokollardan biri olan “Catapult Hydra” protokolu “Kaspersky VPN” həllinin daxilində bütün ən populyar əməliyyat sistemləri – “Android”, “Windows”, “iOS” və “macOS” ilə işləyən cihazlarda istifadə edilə bilər. “WireGuard” protokolunun istifadəsinin genişləndirilməsi də nəzərdə tutulub. Protokol artıq “Android”də mövcuddur və ilin sonuna kimi “iOS”da istifadəyə veriləcək. Bundan əlavə, 10Gbps enində kanallara malik yeni serverlərlə məkanlar yenilənməyə davam edir.

Məkanların sayının artırılması. “Kaspersky VPN” istifadəçiləri indi dünya üzrə 100-dən çox fərqli məkanda yerləşən serverlər arasında seçim edə bilərlər. Ən son əlavə olunan məkanlar arasında Banqladeş, Çin, Latviya, Lixtenşteyn, Qırğızıstan, Malayziya və Novosibirsk (Rusiya) var. İstifadəçilər həmçinin tez-tez istifadə etdikləri məkanları “Sevimlilər” siyahısında saxlaya bilərlər.

“Bilirik ki, sürət istifadəçilər üçün VPN həlli seçərkən əsas amillərdən biridir. Buna görə də biz bütün lazımi resursları texnologiyalarımızın inkişafı üçün səfərbər edir və təhlükəsizlik, rahatlıq arasında mümkün olan ən yüksək tarazlığa nail olmaq üçün ‘Kaspersky VPN’i təkmilləşdirməyə davam edirik. 2022-ci ildə ‘AV-TEST’in müqayisəli sınaqlarının nəticələrinə əsasən, məhsulumuz məsafədən asılı olmayaraq istənilən məkandan qoşulduqda müxtəlif ölkələrdə yükləmə sürəti və torrentlərlə işləməkdə əla nəticələr göstərərək rəqiblərini inamla üstələmiş və birinci yeri tutmuşdur”, - deyə “Kaspersky”nin İstehlak Biznesi üzrə Məhsul Marketinqi Departamentinin rəhbəri Marina Titova qeyd edir.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment