1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Sığorta


Azərbaycan Sığortaçılar Assosiasiyasının açıqlaması
23.11.2023

ASA: “İlkin məlumatlara görə, “Taxta bazarı”ndakı əmlakların sığortası olmayıb”

Paytaxtın Ziya Bünyadov prospektində yerləşən və “Taxta bazarı” kimi tanınan inşaat materialları bazarında baş verən yanğın hadisəsinin sığorta tərəfi ilə əlaqədar Azərbaycan Sığortaçılar Assosiasiyası olaraq araşdırma apardıq. Yanğın baş verən ərazi açıq məkan olduğu üçün burada Daşınmaz əmlakın icbari sığortası yox, Əmlakların yanğından və digər risklərdən sığortası növü aktualdır. Bununla əlaqədar olaraq bildirmək istəyirik ki, əldə etdiyimiz ilkin məlumatlara görə, bazarda mövcud olan daşınar əmlakların sığortası olmayıb. Əmlakların yanğından və digər risklərdən sığortası növünün könüllü sığorta növü olduğunu nəzərə alsaq, mövcud bazardakı mal və materialların sığortasının olmaması bir neçə səbəbdən qaynaqlana bilər. Burada ya sahibkarların sığortaya biganə yanaşması, ya da sahibkarlar tərəfindən sığortalanmaq üçün lazımi tələblərə riayət olunmaması halları kimi amillər başlıca səbəb ola bilər.

Hər bir halda bu kimi hadisələr bir daha onu göstərir ki, daşınmaz və daşınar əmlakların sığortası bu kimi hallar nəticəsində yarana biləcək maddi itkini qarşılamaq üçün nəzərdə tutulub və vacib əhəmiyyətlidir.

Bildirmək istəyirik ki, daşınmaz əmlakın icbari sığortası hər bir əmlak sahibi üçün məcburidir. Burada yaşayış əmlakları üçün tariflər Bakı şəhərinə münasibətdə 50 manat, təminat məbləği 25 min manata qədər, Sumqayıt, Gəncə Naxçıvan şəhərlərinə münasibətdə tariflər 40 manat, təminat məbləği 20 min manata qədər, digər şəhər və rayonlara münasibətdə isə tariflər 30 manat, təminat məbləği isə 15 min manat qədərdir. Qeyri-yaşayış əmlakları üçün isə tariflər müvafiq əmlakın yeri, həcmi və təyinatı nəzərə alınmaqla hesablanır.

Əmlakların yanğından və digər risklərdən sığortası növü  könüllüdür və xüsusilə daşınar əmlaklara şamil edilir. Burada başlıca tələb sığortalanan daşınar əmlakın müvaifq sənədlərinin qaydasında olmasından ibarətdir. Onu da vurğulamaq istəyirik ki, əmlak sahibləri daşınmaz əmlaklarını sığorta etdirərkən bu sığorta növü ilə təminat məbləğlərini artıra da bilərlər.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment