Bakı Banklararası Valyuta Birjasında SWAP-USD/AZN aləti üzrə əqd qeydə alınmışdır
04.03.2013
Baki, Finance Time. Bakı Banklararası Valyuta Birjasının elektron hərraclar sistemində (BEHS) SWAP-USD/AZN aləti üzrə 30 gün müddətinə əqd qeydə alınmışdır. Əqdin məbləği 20.390.500 manat, yaxud 26 milyon dollar olmuşdur. Orta hesablanmış məzənnə 1 dollar üçün 0,7843 AZN təşkil etmişdir.
BEHS-də SWAP-USD/AZN aləti üzrə əməliyyatlar 2005-ci il iyunun 16-da tətbiq edilmişdir.
Xatırladaq ki, “valyuta svopu” eyni məbləğdə, lakin hazırlanma tarixi müxtəlif olan xarici valyutanın alğı-satqısında iki müqabil əqdi nəzərdə tutur.
BBVB-də “valyuta svopu” əqdləri üzrə komisyon mükafatlandırmanın məbləği 0,005 faiz həcmində təsdiq edilmişdir ki, bu da spot-alətlər üzrə komissiyaların qüvvədə olan məbləğindən 6 dəfə azdır. Komissiya “səhər” və “gündüz” sessiyalarında qüvvədə olan qaydaya müvafiq toplanır. Özü də əqdin bağlandığı gün hər iki tərəfdən yalnız bir dəfə komissiya alınır ki, bu da bankların xərcini xeyli azaldır.
“Valyuta svopu” əməliyyatı banklara cari likvidliyi idarə etmək imkanı verən alətdir.