1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin və Mərkəzi Gömrük Hospitalının nümayəndələri Səhiyyə Menecmenti Zirvəsi tədbirində iş
17.11.2023

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi, Əməkdar həkim, t.ü.f.d., tibb xidməti general-mayoru Ceyhun Məmmədov, rəis müavinləri t.ü.f.d., dosent İsmayıl Əfəndiyev və Şahlar Mirqasım, Mərkəzi Gömrük Hospitalının rəis müavini Nabil Seyidov, psixiatr Gülay Məmmədzadə və Elmi-Təcrübi və Tədris Mərkəzinin mütəxəssisi Şəhla Mirzəzadə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”, İctimai Səhiyyə və İslahatlar Mərkəzi, “Sağlam Ailə” Tibb Mərkəzi və “Facemark” şirkətinin ortaq təşkilatçılığı, VISA şirkətinin baş sponsorluğu ilə 16 noyabr 2023-cü il tarixində Bakı şəhərində keçirilən “Səhiyyə Menecmenti Zirvəsi” tədbirində iştirak ediblər.

Tədbirin rəsmi hissəsində Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini Şahlar Mirqasım çıxış edərək Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırovun və Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədovun adından tədbir iştirakçılarını salamlayıb. Rəis müavini Şahlar Mirqasım çıxışında Möhtərəm cənab Prezident İlham Əliyev və çox hörmətli Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi altında son illər ərzində ölkə səhiyyəsində həyata keçirilən köklü islahatlar, səhiyyə xidmətlərinin İcbari Tibbi Sığortanın xidmətlər zərfi çərçivəsində əhaliyə göstərilən tibbi xidmətlərin sayının günü-gündən genişləndirilməsi, eləcə də Azərbaycanda tibb elminin inkişafına töhfə verən yeni metodik vəsait və klinik protokolların tərtib edilməsi, sərhədlərdə sanitar nəzarətin gücləndirilməsi və bir çox digər məsələlər barədə ətraflı məlumat verib. 

Tədbirin Səhiyyədə Dövlət və Özəl Tərəfdaşlığı adlı birinci panelində Mərkəzi Gömrük Hospitalının rəis müavini Nabil Seyidov “Dayanıqlı Səhiyyə Xidmətlərində özəl-dövlət tərəfdaşlığının rolu”  mövzusunda təqdimatla çıxış edib. Tədbirdə aparıcı mütəəxssislər tərəfindən tibb müəssisələrinin rəhbərlərinin ümumi idarəetmə bacarıqlarının inkişafını, səhiyyə sistemi üzrə biznes proseslərin xüsusi alqoritm üzrə qurulmasını, idarəetmə potensialının gücləndirilməsini, kadr resurslarının inkişaf etdirilməsini, xidmət standartları çərçivələrinin yaradılmasını, tibbi xidmətlərin keyfiyyət və səmərəliliyinin yaxşılaşdırılması üçün atılmalı olan addımları və eyni zamanda ən yaxşı təcrübələrin mübadiləsinə xidmət edəcək digər mövzular ətrafında geniş məruzələr edilib.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment