1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Bakıda keçirilən Kiçik və Orta Sahibkarlıq üzrə Dünya Forumu çərçivəsində şagirdlərə sahibkarlığın ilkin sirləri öyrədilib
15.11.2023

Bakıda keçirilən Kiçik və Orta Sahibkarlıq üzrə Dünya Forumu çərçivəsində şagirdlərə sahibkarlığın ilkin sirləri öyrədilib 

“Gələcək sahibkarların hazırlanması” adlı tədbirdə şagirdlər xarici ekspertlər və yerli sahibkarlar tərəfindən biznes fəaliyyəti barədə məlumatlandırılıb.

Növbəti Kiçik və Orta Sahibkarlıq üzrə Dünya Forumu (SME World Forum 2023) Bakıda keçirilir. İqtisadiyyat Nazirliyinin dəstəyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və Kiçik Biznes üzrə Beynəlxalq Şuranın (ICSB) təşkilatçılığı ilə Qlobal Sahibkarlıq Həftəsi çərçivəsində keçirilən tədbirin məqsədi kiçik və orta biznesin dəstəklənməsi və inkişafı sahəsində ən yaxşı təcrübənin öyrənilməsi, institusional tərəfdaşlığın genişləndirilməsi, maraqlı tərəflər arasında əməkdaşlıq üçün yeni imkanların müəyyən edilməsi, gənc sahibkarlığın təşviqi, eləcə də Azərbaycanın əlverişli biznes mühitini və potensial investisiya imkanlarını geniş auditoriyaya tanıtmaqdır.

13-16 noyabr tarixlərində keçiriləcək forum çərçivəsində bir sıra silsilə tədbirlər təşkil olunacaqdır. 

Kiçik və Orta Sahibkarlıq üzrə Dünya Forumu çərçivəsində ilk tədbir noyabrın 14-də “XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi”ndə keçirilib. "Gələcək sahibkarların hazırlanması” adlı tədbirdə KOBİA, ICSB və “XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi”nin nümayəndələri, 6 və 9-cu sinif şagirdləri, sahibkarlar iştirak ediblər. 

Şagirdlərə sahibkarlığın ilkin sirlərini öyrətmək məqsədilə təşkil olunan tədbir yenilikçi təhsil tədbirlərindən hesab olunur. Gələcəyin biznes liderlərinin hazırlanması üçün vacib elementləri özündə birləşdirən tədbir çərçivəsində ICSB ekspertləri tərəfindən şagirdlərə sahibkarlığın əsas anlayışları, o cümlədən marketinq, qiymət və müştərilərlə davranış barədə zəruri məlumatlar verilib. Sahibkarlıq fəaliyyətinin simulyasiya edildiyi tədbirdə həmçinin şagirdlər şərti pullardan istifadə etməklə ticarət edib, real işgüzar münasibətlərin qurulması və maliyyənin idarə edilməsini təcrübədən keçiriblər. 

Tədbirdə “XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi”nin, “Landau məktəbi”nin, “Evrika liseyi”nin, “Azərbaycan Britaniya Kolleci”nin və “Bakıda Britaniya Məktəbi”nin 100-ə yaxın şagirdi iştirak edib. 

Sonda proqramı uğurla başa çatdıran şagirdlərə ICSB tərəfindən sertifikatlar verilib.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment