1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Code Academy Tedx-Bakı tədbirinin əsas dəstəkçisi – platin sponsoru oldu!
14.11.2023

Ölkəmizin IT tədrisi sahəsində inqilab yaradaraq, innovativ inkişafın aparıcı qüvvələrindən olan Code Academy bu il uzun fasilədən sonra “Qırılma” konsepti ilə təşkil olunan TedxBakı tədbirinin əsas dəstəkçisi oldu. 

200 nəfərə yaxın iştirakçının, 15 yerli və xarici spikerin öz təcrübələrini, yaşadıqları qırılma nöqtələrini paylaşdıqları bu platformada Amerika-Azərbaycan cəmiyyətinin sədri Tomris Azəri, türkiyəli siyasətçi – prezident seçkilərində namizəd olmuş Sinan Oğan, planetimizin ən yüksək 14 zirvəsindən 6-sını fəth etmiş İsrafil Aşurlu və digər dəyərli simalarla yanaşı Code Academy-nin təsisçisi və direktoru Ülvi Aslanov da çıxış edərək, 20 il öncə təhsilindəki qırılma anından və onun nəticəsi olaraq ölkəmizin IT tədrisi sahəsinə gətirdiyi yeniliklərdən danışıb. 

Belə ki, öz çıxışı zamanı təhsildə insana toxunmanın gücü barəsində danışan Ülvi Aslanov “Süni intellektin indi həyatımızın bir çox yerində olduğunu düşünsək, bütün sahələrdə, əsasən də təhsil sektorunda tətbiq edilən yeniliklərlə yanaşı insana toxunma gücünün hər zaman ən ümdə məsələ olduğunu unutmamalıyıq” deyə, qeyd edib.

Paylaşılan ideya və hekayələrlə şəxslərin və eləcə də, cəmiyyətlərin inkişafında xüsusi rolu olan TED lisenziyalı bu tədbirin platin sponsoru - əsas dəstəkçisi olaraq Code Academy artıq 9 ilə yaxındır ki, fəaliyyət göstərdiyi #GələcəkBurada şüarı ilə əsas missiyasına daim sadiq qaldığını göstərdi. Belə ki, Tedx səslənən fikirlər, real hekayələr cəmiyyətlərin innovativ inkişafına təkan verdiyi kimi, Code Academy də müasir dövrün tələblərinə uyğun geniş təhsil imkanları ilə insanlara və onların həyatlarına toxunaraq, müsbət dəyişiklik etməkdə davam edir. 

IT və digital dünyanın yenilik və imkanlarını davamlı olaraq araşdıran, öz tədrisində tətbiq edən, ölkəmizin əmək bazarına bu günə qədər 8000 nəfərdən çox IT mütəxəssisi qazandıran Code Academy hal-hazırda, 2000 nəfərə yaxın aktiv tələbəyə Proqramlaşdırma, IT və kibertəhlükəsizlik, Dizayn, Digital Marketinq sahələri üzrə tədris verir. Code Academy-nin fəaliyyəti ilə bağlı daha ətraflı məlumatla https://code.edu.az/ rəsmi veb saytına daxil olaraq tanış ola bilərsiniz.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment